Modern.az

İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE

İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE

Ölkə

Bu gün, 16:22

Prezident İlham Əliyevin Sərəncamı ilə Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Modern.az saytı işdən çıxarılan sabiq icra başçısının qısa tərcümeyi-halını təqdim edir:

Əsgərov Ayaz Nəriman oğlu, 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub. 
Ali təhsillidir. 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb.
2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 19 may 2016-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Sizə yeni x var
Keçid et
Ramiz Mehdiyev işində şok adlar üzə çıxdı