Modern.az

Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: "Təhsilimizlə qayıdırıq!" 

Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: "Təhsilimizlə qayıdırıq!" 

Aktual

Bu gün, 18:10

Gəncə şəhərində kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə təhsil alan şagirdlərin iştirakı ilə Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirilib.

Modern.az xəbər verir ki, məktəblilər Qarabağda təhsil almaq arzularını və qayıdış sevincini ifadə edən sloqanlar səsləndiriblər.

Fləşmobun sonunda məktəblilər “Təhsilimizlə qayıdırıq!” şüarını səsləndirərək, doğma Kəlbəcərə qayıtmağa və orada təhsillərini davam etdirməyə hazır olduqlarını nümayiş etdiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?