26 Fevral 2019, 15:44 | Ana Səhifə - Yazılar - İlham Əliyevin vədləri həyata vəsiqə alır
İlham Əliyevin vədləri həyata vəsiqə alır

Elman Babayev

“Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”. İlham Əliyevin 2018-ci il prezident seçkilərində qələbə qazandıqdan sonra andiçmə mərasimində verdiyi bəyanatlardan biri məhz bu idi.

Bu vədin arxasında növbəti dövrdə xalqın rifahına daha çox çalışmaq iddiası dayanırdı. Dövlət başçısı aztəminatlı vətəndaşların yaşayışında xoş güzəran, firavanlıq, bolluq və rahatlığın növbəti dönəmdə hakimiyyətin ümdə vəzifəsi olacağını vəd edirdi. Ortada olan iradə, sistemli fəaliyyət göstərir ki, bu, gerçəkləşir.

 

Son 15 ildə İlham Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü işlər bəllidir və bunların üzərində dayanmadan, onun, növbəti prezidentlik müddətinin arxada qalan 10 aylıq dövrünə diqqət etmək yetər ki, verilən vədin nə dərəcədə doğru olduğu görünsün. 

Bu baxımdan ilk öncə İlham Əliyevin seçkilərdən sonra başlatdığı yeni islahatlara, xüsusilə vergi və gömrük sahələrində şəffaflığın təmin olunması ilə bağlı tədbirlərə toxunmaq lazımdır. Belə ki, bu islahatlar sosial rifahla bağlı yeni qərarlar üçün əlverişli zəmin yaradıb. Qeyd olunan sferalarda yaradılan  şəffaflıq onunla nəticələnib ki, büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artıb. Açıqlanan rəqəmlərə istinad etsək, təkcə ilin birinci ayında vergi orqanları plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan artıq vəsait toplayıblar. Bir ayda ümumi daxilolmalar 105 milyon manat artıb. Bununla yanaşı, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirlərində də artım baş verib.

 

Yaranan əlavə maliyyə resursları bilvasitə İlham Əliyevin siyasi iradəsi ilə vətəndaşların sosial müdafiəsinə yönəldilməkdədir. Prezident öz vədinə sadiq qalaraq 2019-cu ili sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən bir ilə çevirməkdədir.

 

Cari ilin son iki ayında gerçəkləşdirilən sosial təşəbbüslər kifayət qədər geniş və əhatəlidir.

 

Şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı məsələ tam həllini tapıb. 

 

Cari ilin martın 1-dən,

  • şəhid ailələrinə verilən prezident təqaüdləri 242 manatdan 300 manata çatdırılacaq;
  • minimum əməkhaqqı əhəmiyyətli şəkildə, 38,4 faiz artırılacaq və bu artım 600 min insanı əhatə edəcək;
  • minimum pensiyaların məbləği də təxminən 38 faiz, bəzi kateqoriyalar üzrə daha çox artırılacaq və bu artım 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır;
  •  təqribən 100 minə yaxın tələbənin təqaüdü artırılacaq;
  • Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manatdan 300 manata çatdırılacaq.


Cari il aprelin 1-dən isə ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin məbləğlərində əhəmiyyətli dərəcədə artımlar olacaq. Ümumilikdə, 12 növ müavinətin təqribən 120-130 faiz arasında artımı baş verəcək. 
Burada bir məqam üzərində dayanmaq yerinə düşər. Belə ki, İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi də genişlənəcək. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü təsis ediləcək. Həmçinin müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdü təsis olunacaq. 

Yaxın gələcək üçün dövlət başçısının hələlik detallarına getmək istəmədiyi, amma anons etdiyi sosial təminatın yaxşılaşdırılması planları da mövcuddur. 

İlham Əliyevin həyata keçirilməsinə start verdiyi sosial paketə təkcə əməkhaqqı və təqaüd artımları daxil deyil. Bura uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri-vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsindən tutmuş, ən çox müzakirə predmeti olan problemli kreditlərin həlli kimi məsələlər daxildir. 

İlham Əliyev məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramlarının icra ediləcəyini, müharibə əlillərinə, şəhid ailələrinə yeni mənzillərin veriləcəyini vurğulayıb. Gələcəkdə yenidən minimum əməkhaqları və pensiyaların artırılacağını vəd edib.

Beləliklə, hazırda prezidentin son sosial təşəbbüsləri, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı nəzərə alınsa, təqribən 2 milyon 200 min əhalini əhatə edəcək...  

...İmzalanan sərəncamlardan, yaxın gələcək üçün verilən bəyanatlardan, işsizliyin və yoxsulluğun tam aradan qaldırılmasının hədəfləndiyi, əhalinin sosial güzəranının daha da yaxşılaşdırılmasının əsas vəzifə kimi qarşıya qoyulduğu görünməkdədir. Prezident məhz bunu vəd edir. Təkcə vəd edirmi? Yox! Son iki ayda verdiyi qərarlarla bunu həm də həyata keçirir...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 18:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:14 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?