Modern.az

Pezeşkian Qətər lideri ilə Moskvada görüşdü 

Pezeşkian Qətər lideri ilə Moskvada görüşdü 

Dünya

Bu gün, 16:03

İran Prezidenti Məsud Pezeşkian və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Moskvada görüşərək iki ölkə arasında enerji və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Modern.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət xəbər agentliyi məlumat yayıb.

Görüş çərşənbə axşamı Rusiyada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) VIII Zirvə toplantısı çərçivəsində baş tutub.

Tərəflər Tehran və Doha arasında mövcud münasibətləri nəzərdən keçirib, enerji sektorunda birgə layihələrin inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və qaz ixrac edən ölkələr arasında koordinasiyanın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Pezeşkian və Qətər əmiri iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Məlumata görə, İran Prezidenti bu gün GECF sammitində çıxış edərək böyük enerji ehtiyatlarına malik ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və beynəlxalq səviyyədə çoxtərəfli münasibətlərin inkişafına dair Tehranın təkliflərini təqdim edəcək.

Pezeşkianın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də görüşü planlaşdırılır.

İki ölkə liderinin danışıqlarında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də İran və Rusiya arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin icrası ilə bağlı əldə olunan nəticələrin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, GECF təbii qaz istehsalçısı və ixracatçısı olan ölkələr arasında dialoq və koordinasiya platformasıdır. Təşkilata İran, Rusiya, Qətər, BƏƏ və digər qaz ixracatçıları daxildir.

Forumun bazar ertəsi keçirilən 28-ci nazirlər toplantısında qlobal qaz bazarındakı vəziyyət, tələb və təklif perspektivləri, enerji təhlükəsizliyi və sektorun qarşılaşdığı problemlər müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...