Rusiya ABŞ-yə ixrac məqsədilə dizel yanacağı daşıyan üç tanker göndərib. Dördüncü tankerin isə oktyabrın 28-də yola salınması planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlayıb.
Onun sözlərinə görə, artıq üç tanker ABŞ istiqamətində yola salınıb, növbəti tankerin göndərilməsi isə oktyabrın 28-nə nəzərdə tutulub.
Novak daşınan dizel yanacağının ümumi həcmi, müqavilələrin dəyəri və yüklərin ABŞ-də hansı limanlara çatdırılacağı barədə məlumat verməyib.