25 Dekabr 2019, 15:20 | Ana Səhifə - Yazılar - Yollarınız ASAN olsun, cənab Prezident!!!
Yollarınız ASAN olsun, cənab Prezident!!!

Aida Eyvazlı

Azərbaycan adlı Odlar Yurdunun Od ürəkli oğlu, Ali Baş Komandan İlham Əliyev! Doğum gününüz mübarək!

Dövlət sizə etibar edilən gündən, müqəddəs kitaba əl basaraq “Mən bütün dünyada yaşayan azərbaycanlıların prezidentiyəm!” - dediniz.

“Mən hər kəsin prezidenti olacağam!” sözünə sadiqliyinizi hər yerdə sübut etdiniz.

Ötən 16 ildə həyata keçirdiyiniz uğurlu  və dinamik siyasətlə Azərbaycanı  işıqlandırdınız. İşığımız bizdən könülcə yaxın, məsafəcə uzaq olan ellərə düşdü. Vətənimizdə baş verən iqtisadi və siyasi islahatlarla sübut etdiniz ki, hər şey xoş məramdan və niyyətdən asılıdır. Niyyətin hara, mənzilin də oradır”-deyib ulularımız.

Bu ötən illər ərzində Azərbaycana xarici ölkələrdən gəlib-gedən doğma və yadların gözlərində sevgi və işığın şahidi olduq. Dəfələrlə Bakının küçələrində gəzərkən  paytaxtımızın gözəlliyinə aşiq olan insanların sevincinə şahidlik etdik.  Azərbaycandan gedən ürəyində sevinc, könlündə istilik apardı.

Dünyanın ən böyük  siyasi tribunalarında Azərbaycan kimliyini, dövlətçiliyimizin əbədiliyini bəyan edərək, siyasi düşmənlərimizi və böyük siyasi xadimləri mat qoydunuz.  Xarici müdaxilə və təzyiqlərə rəğmən, Azərbaycanın  bir dövlət kimi öz sözü, öz mövqeyi olduğunu isbat etdiniz.

Sizi vətəndaşlarımızın, soydaşlarımızın, xalqın arasında seyr etdik. Siz bir şəhid anasının əlini əyilib öpməyi  bacaran oğul kimi - hər bir türk övladının gözündə və qəlbində  böyüdünüz.  Siz öz əlinizlə ürəyi təşnə şəhid atasına su içirəcək bir  dövlət xadimi qədər ucaldınız.

Hər jestinizdə, hər davranışınızda kökdən gələn-Heydər Əliyev şəxsiyyətinin  böyüklüyünü, Zərifə xanım Əliyevanın mərhəmətini  göstərdiniz. Əlbəttə, ot kökü üstə bitər.   

Siz öz yolunuza, gücünüzə inandığınız  qədər, həm də XALQA inandınız!!! Adil və müdrik dövlət xadimi öz gücünü xalqdan alar. Vətənin hansı guşəsinə gedirsinizsə, qədəmlərinizlə oraya abadlıq aparırsınız.  Bu gün Azərbaycanın rayon və kəndlərinin yollarında yürüdükcə,  torpağımızın alt və üst sərvətlərinin artıq xalq üçün, Vətənin abadlığı üçün xərcləndiyinin şahidi oluruq.
Azərbaycanın böyük  yazıçısı Əzizə Çəfərzadənin  əsərlərinin biri bu sözlərlə başlayır: “Şamaxı yollardan başlayır...”.

1000 il bundan əvvəl var olmuş  Şirvan elatına  çəkilən yollardan təzə dönmüşəm.  Dönüşümdən sonra Bakıya qonaq gələn  dəyərli bir dostumuza gördüklərimi belə izhar etdim: “Siz  Bakıya gələn dəfə gəldiyinizdə Şamaxıya gedin. Görün bir orada nə büsat var...!”.

Bu ayın əvvəlində Şamaxıda açılan “ASAN Həyat” Mərkəzi  bu bölgədə yaşayan insanların həyatını sözün əsl mənasında asanlaşdırdı. İndi ölkəmizin bir çox bölgələrində olduğu kimi, Şamaxıda da  iş yerləri çoxalıb. Yeni iş yerləri insanlar üçün  gələcəyə ümid, yeni qurulan ailə, yeni ocaq deməkdir. 

Azərbaycanda ASAN Xidmət kimi bir modeli yaratmaqla, ölkəni içəridən yeyənlərin düsturlarını pozdunuz.  Bir daha sübut etdiniz ki, ölkəni və xalqı  qorumaq üçün edə bilməyəcəyiniz  nəsə yoxdu. Sizin dövlətçilik yolunda tutduğunuz siyasətə adekvat olmayan bəzi məmurlar hər addımda  nümayiş etdirdiyiniz yenilikçilik və reformatorluqla  ayaqlaşa bilmədiklərindən, hər addımda mane olmaqdan belə çəkinmədilər.

Siz  biz jurnalistlərin qarşısına çəpər çəkənlərin də hesabını sordunuz.  Bütün görüşlərinizdə, çıxışlarınızda bizi özünüzə dost bildiyinizi söylədiniz. Nə yazıqlar olsun ki,  uzun bir zaman çərçivəsində Sizə tərəf açılan qapılarımız qıfıllanmışdı.  İndi yenə də bizimləsiniz. İndi sözün doğrusunu, xəbərin əsasını yenə biz jurnalistlərlə dəqiqləşdirirsiniz.  İnanıram ki, yenə də meydan cəmiyyəti  doğru  və düzgün informasiyalarla məlumatlandıran peşəkar jurnalistlərə veriləcək.


Cənab Ali Baş Komandan!!! Siz və Mehriban xanım Əliyeva  hər bir şəhid ailəsinin, hər bir qazinin, evi  və yurdu ermənilər tərəfindən yağmalanan köçkün ailəsinin  yanında oldunuz. Qapılarını açıb, süfrələrinin başında əyləşdiniz.  Olmazları “OL!” etdiniz!!!   Allahını unudan adam, xalqını da unudar!!! Siz həm Allahı, həm də xalqı sevirsiniz!!! Xalq da öz sevgisini sizə hər görüşünüzdə göstərir!!!

Bu gün dünyanın bütün yolları Azərbaycandan keçir, cənab Pezident! Təsadüfi deyil ki, bu ilin oktyabr ayında Türk Şurasının VII Sammitində “XXI əsrin türk dünyası əsri olacağını”- söylədiniz!

Biz o yola Sizinlə birlikdə addımlamaq arzusundayıq!!! Dövlətimizi qorumaq, inkişaf etdirmək yolundakı bütün arzularınız çin, yollarınız ASAN olsun!!!

Cənab Ali baş Komandan, Azərbaycan Republikasının prezidenti İlham Əliyev!!!

Sizin doğum gününüz münasibəti ilə yazdığım bu kiçik yazı ilə təbrik edə bildiyim üçün şanslıyam!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu gün ölkədə 41 dərəcə isti olacaq 23 İyun 2021, 09:32 Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO 23 İyun 2021, 09:24 Mediasiya prosesinə dair tələblər dəyişir 23 İyun 2021, 09:18 AVRO-2020-də bu gün 4 görüş keçiriləcək - qrup oyunları yekunlaşır 23 İyun 2021, 09:12 Polis vətəndaşa qarşı zor tətbiq edib? - Rəsmi cavab 23 İyun 2021, 09:06 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 23 İyun 2021, 09:00 Milli Məclisin Aparat rəhbərliyi TƏLTİF EDİLDİ 23 İyun 2021, 08:54 ABŞ İranın 30-dan çox internet saytını blokladı 23 İyun 2021, 08:46 Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: Jak Şirak qudurub!” 23 İyun 2021, 08:39 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərinin ikinci mərhələsi başlayır  23 İyun 2021, 08:34 Bu gün daha bir qrup erməni terrorçunun məhkəməsi KEÇİRİLƏCƏK 23 İyun 2021, 08:25 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 00:58 Kürdəmirdə mübahisə ölümlə nəticələndi 23 İyun 2021, 00:43 Arayik Rusiya sülhməramlılarını və Yerevanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var! 23 İyun 2021, 00:34 Abşeronda 33 yaşlı kişi bıçaqlandı 23 İyun 2021, 00:22 UEFA-dan azarkeşlərlə bağlı yeni qərar 23 İyun 2021, 00:10 ABŞ İranın internet portallarını blokladı 22 İyun 2021, 23:57 Batmaqda olan 4 nəfər xilas edildi 22 İyun 2021, 23:42 Rusiyanın daha bir şəhərindən Bakıya aviareys açılır 22 İyun 2021, 23:29 ATV-də axtarılan yeniyetmənin meyiti dənizdən tapıldı 22 İyun 2021, 23:13 Yaponiyada vulkan püskürdü 22 İyun 2021, 23:07 Göygöldə yaşlı qadın özünü asdı 22 İyun 2021, 22:53 Xəzərdən meyiti tapılan şəxsin kimliyi bilindi - YENİLƏNİB 22 İyun 2021, 22:41 Teymur Rəcəbov bu dəfə 9-cu oldu 22 İyun 2021, 22:33 Bakıda süpürgəçi qadını maşın vurdu 22 İyun 2021, 22:22 BDU-nun müəllimi vəfat etdi - FOTO 22 İyun 2021, 22:08 AŞPA üzv ölkələri əhalini gəlir və sosial müdafiə ilə təmin etməyə çağırdı 22 İyun 2021, 21:59 "Mina xəritələrinin verilməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək" - Baş katib 22 İyun 2021, 21:46 Türkiyəli futbolçu rəsmən “İnter”də - FOTO 22 İyun 2021, 21:33 Türkiyədə yoluxma və ölüm sayı yenidən artdı 22 İyun 2021, 21:19 Hərbi Dəniz Qüvvələrinin təlimində gecə atışları yerinə yetirildi 22 İyun 2021, 21:05 Azərbaycan və Pakistan müdafiə nazirlərinin müavinləri Moskvada görüşdü 22 İyun 2021, 20:53 Azad edilmiş ərazilərimizdə əsgərlərlə görüş keçirildi - FOTO 22 İyun 2021, 20:39 Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü 22 İyun 2021, 20:25 Teymur Levona qalib gəldi 22 İyun 2021, 20:14
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?