15 İyul 2020, 16:58 | Ana Səhifə - Yazılar - İndi 1990-cı illərin əvvəlləri deyil ki...
İndi 1990-cı illərin əvvəlləri deyil ki...

Elman Babayev

Arzuolunmaz xaotik təşəbbüslər dövlətimizə zərbə vurmaq niyyəti güdür


Öncə o məsələyə aydınlıq gətirək ki, iyulun 14-15-də gecə saatlarında keçirilən aksiyanın məqsədi nə idi? Bu spontan aksiya nəyin göstəricisi idi?

Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya, ilk növbədə cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Nümayiş etdirdi ki, bu millət torpaq milli məsələsində bölünmür, əksinə bir yumruq kimi dövlətinin ətrafında birləşə bilir. Nümayiş etdirdi ki, xalq torpaq məsələsində heç nəyə güzəştə getməyəcək, qəhrəmanlıqlara imza atan Ordusunun arxasında bir nəfər kimi dayanıb...
Aksiyanın niyyəti də qürurverici idi; vətənpərvərlik, səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti və s.


Bəli, orduya dəstək hər bir vətəndaşın borcu, ən ümdə vəzifəsidir. Xüsusilə, indiki məqamda. Ona görə də bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi başadüşüləndir.


Son aksiyaya hakimiyyətin yanaşması da fərqli deyildi. Aksiyaya polis hər hansı müdaxilə etmirdi. Baxmayaraq ki, ölkə sərt karantin rejimində yaşayır. Pandemiyanın yayılması tempi azalmayıb. Ölkədə kütləvi aksiyalar qadağan edilib. Fəqət vətənpərvərlik, ordu ilə bir yerdə olmaq kimi ülvi hisslərə görə bütün qayda pozuntilarına göz yumuldu.


Sonra baş verənlər isə artıq hamımıza məlumdur. Aksiyanın gedişatı arzuolunmaz istiqamət aldı. Kütləvi tədbir üçün yaradılmış münbit şəraitdən sui-istifadə hallarına yol verildi. Öncə prosesə siyasi məzmun verməyə, ardınca onu nəzarətdən çıxartmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Paralel olaraq, məlum sosial şəbəkə səhifələri hərəkətə gətirildi. Bu səhifələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə həqiqiətə uyğun olmayan informasiyalar dövriyyəyə buraxıldı.
Nəticə isə göz önündədir...


Düşmənlə sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması təkcə qanunlaramı ziddir? Bu, ilk növbədə son döyüşlərdə şəhid olan hərbiçilərimizin ruhuna hörmətsizlikdir!


Qısası, ölkədə 1990-cı illərin rüzgarlarını əsdirməyə cəhd edildi. Həmin dövrdə yaşanan gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaddaşlara əbədi həkk olunub. Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir; hər bir şeyi, dövlətinin torpaq məsələsində güzəştsiz mövqeyini, bu mövqeyi tamamlayan addımları aydın görür. Bu səbəbdən də bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri heç bir halda baş tutmayacaq.


Bəli, Azərbaycan indi olduqca güclü dövlətə çevrilib. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək,əksinə yeni mövqelər əldə etmək məhz bu gücün real ifadəsidir.


Azərbaycan indiki məqama xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına gəlib çatıb. Bu uğurları hər vəchlə qorumaq, inkişaf etdirmək və istənilən pozuculuğa qarşı mövqeyimizi nümayiş etdirmək hər birimizin vətəndaşlıq görəvidir.


Doğma Azərbaycanımızın növbəti tarixi sınaq qarşısında üzüağ çıxması üçün bir olmalıyıq! Həm pandemiya ilə mübarizədə, həm də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək yolundan sapmamalıyıq! Hazırda bizə bütün səylərimizi səfərbər etmək vacibdir; hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamağa töhfə verməliyik!


İndi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətinə əl atsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Heç kim şübhə etmir ki, əlverişli məqamda bu, mütləq baş verəcək...


Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha isbat edir.

 

Belə bir şəraitdə arzuolunmaz xaotik təşəbbüslər yalnız və yalnız dövlətimizə zərbə vurmaq niyyəti güdür. Bu addımlar düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bunu görmək üçün düşmən mətbuatın son aksiyaya yanaşmasını izləmək kifayətdir.


Güzlü ordumuzun öz missiyasını şərəflə yerinə yetirməsinə baxmayaraq, silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Çünki bu, düşmənin əlinə oynamaqdan başqa heç nəyə yaramayacaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar sonrası ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR 19 Yanvar 2021, 23:36 Teledərslərin yanvarın 20-nə olan CƏDVƏLİ 19 Yanvar 2021, 23:25 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi 19 Yanvar 2021, 23:16 Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı 19 Yanvar 2021, 23:01 İlham Əliyevdən 20 Yanvar paylaşımı - FOTO 19 Yanvar 2021, 22:46 “Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan 19 Yanvar 2021, 22:37 Bu ölkədə küçəyə çıxmaq qadağan edildi 19 Yanvar 2021, 22:23 Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO 19 Yanvar 2021, 22:14 Pakistanda 20 Yanvar şəhidlərinə həsr olunmuş videokonfrans - FOTO 19 Yanvar 2021, 22:03 ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi 19 Yanvar 2021, 21:50 Ermənistanın növbəti dezinformasiyaları 19 Yanvar 2021, 21:38 Avropa Parlamentində Qarabağdakı müharibə müzakirəyə çıxarıldı 19 Yanvar 2021, 21:22 Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ 19 Yanvar 2021, 21:08 Qarabağda 210 mina zərərsizləşdirildi - VİDEO 19 Yanvar 2021, 20:54 Çempionlar Liqasının növbəti finalı Sankt-Peterburqda keçiriləcək 19 Yanvar 2021, 20:42 Azadlığın doğum günü 19 Yanvar 2021, 20:34 Çavuşoğlu Zəriflə müzakirələr apardı 19 Yanvar 2021, 20:26 Rayonlara qar, Bakıya sulu qar yağdı - FAKTİKİ HAVA 19 Yanvar 2021, 20:15 İnam Kərimov onlayn müşavirə keçirdi - FOTO 19 Yanvar 2021, 20:11 Trampın adı sanksiyalar siyahısında 19 Yanvar 2021, 20:03 Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmirdən sonra istifadəyə verildi - FOTOLAR 19 Yanvar 2021, 19:55 Kiçik Dəhnənin möhtəşəm xiyabanı - FOTOLAR 19 Yanvar 2021, 19:48 Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu 19 Yanvar 2021, 19:40 Dillər Universitetində seminar keçirilib 19 Yanvar 2021, 19:32 Azərbaycanın bölgələrində də vaksinasiya başladı 19 Yanvar 2021, 19:25