Modern.az

Baş nazir canlı yayımda pərt oldu

Baş nazir canlı yayımda pərt oldu

Dünya

Bu gün, 00:40

Avstraliyanın Baş naziri Entoni Albanize və iqlim məsələləri naziri Kris Bouenin COP31 sammitində mobil telefonun harada daşınması ilə bağlı söhbəti kameraya düşüb.

Modern.az Globalinfo.az-a istinadən xəbər verir ki,  Türkiyədə keçirilən sammitin fasiləsi zamanı siyasətçilər mobil telefonların radioşüalanmasının mümkün zərərlərini müzakirə ediblər.

Albanize telefonun ürəyə yaxın saxlanılmamasını tövsiyə edərək nazirə cihazı pencəyinin döş cibində daşımamağı məsləhət görüb. Bouen isə telefonu şalvar cibində saxlamaqdan daha çox narahat olduğunu bildirib.

Baş nazir zarafatla nazirin cinsi orqanı ilə bağlı narahatlıq olub-olmadığını soruşub. Bouen də bunu təsdiqləyərək həmin məsələnin hətta ürəyindən daha vacib olduğunu deyib.

Söhbət gülüşlə müşayiət edilib. Siyasətçilər isə rəsmi tədbirin çəkilişinə hazırlanan kameranın onların danışığını qeydə aldığından xəbərsiz olublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)