Modern.az

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Hadisə

Bu gün, 21:33

Bakıda tələbə qız qəfil vəfat edib.

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)