Modern.az

Bolqarıstanda zəncirvari yol qəzasında ölənlərin sayı 13-ə çatıb

Bolqarıstanda zəncirvari yol qəzasında ölənlərin sayı 13-ə çatıb

Dünya

Bu gün, 22:22

Bolqarıstanda "Frakiya" avtomagistralında iki böyük yol-nəqliyyat hadisəsinin qurbanlarının sayı 13-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.

Qeyd olunub ki, daha öncə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş 42 yaşlı kişi Burqas xəstəxanasında vəfat edib. Müxtəlif xəsarətləri olan daha 51 zərərçəkmiş xəstəxanalardadır.

Xatırladaq ki, noyabrın 10-u səhər saatlarında Bolqarıstanda "Trakiya" avtomagistralında iki zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Ümumilikdə 86 minik və yük avtomobili toqquşub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)