Modern.az

Kəlbəcərdə avtomobil aşdı

Kəlbəcərdə avtomobil aşdı

Hadisə

Bu gün, 18:23

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Pəyə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero İO" markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmanın qarşısını almaq məqsədilə sükanı yolun əks istiqamətinə çevirib. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 1984-cü il təvəllüdlü sürücü Ramid Şirinov yüngül xəsarət alıb. Avtomobilə isə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)