Modern.az

Şərurlu İsfəndiyar tələbələrə nə deyib? - Universitetdən açıqlama

Şərurlu İsfəndiyar tələbələrə nə deyib? - Universitetdən açıqlama

Təhsil

Bu gün, 17:23

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla keçirdikləri görüş az qala ölkə gündəmini zəbt etmiş oldu. Hər zaman qəribə və məzəli fikirləri ilə yadda qalan şirkət rəhbərinin tələbələrlə müzakirə mövzusu xüsusilə diqqət çəkir.
İş adamı tələblərə nədən danışıb?

AzMİU-nun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq deyilib ki, görüş tələbələrin təşəbbüsü ilə, dərsdənkənar vaxtda keçirilib. Bildirilib ki, görüşün təşəbbüskarı qrupdakı tələbələrdən biri olub və digər tələbələr də Şərurlu İsfəndiyarla söhbətə maraq göstəriblər.

Universitetdən o da bildirilib ki, mediada yayılan məlumatlardan sonra daxili araşdırma aparılıb. Müəyyən edilib ki, görüş universitetin ərazisində, auditoriyalarında və ya akt zallarında keçirilməyib.

Mətbuat xidməti İsfəndiyar Axundovun tikinti şirkətinin rəhbəri olduğunu əsas gətirərək tələbələrin onunla görüşmək istəyini başadüşülən hesab edir. Bununla belə, görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə universitetin məlumatı yoxdur. 

Universitetdən görüşün təhsil ocağının ərazisindən və tədris prosesindən kənarda baş tutduğu vurğulansa da, tələbələrin iştirak etdiyi tədbirin məzmunu və araşdırmanın hansı mərhələdə olduğu hələlik açıq qalır.
 

1562375

1562376

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz