Modern.az

Bu universitetin müəllimləri maaşından 3 dəfə çox qazana biləcəklər

Bu universitetin müəllimləri maaşından 3 dəfə çox qazana biləcəklər

Təhsil

Bu gün, 12:50

Sumqayıt Dövlət Universitetində (SDU) diferensial əməkhaqqı sistemi tam tətbiq olunduqdan sonra müəllimlər fəaliyyət nəticələrinə uyğun olaraq baza maaşından 2–3 dəfə artıq gəlir əldə edə biləcəklər.

Modern.az xəbər verir ki, bunu SDU-nun rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində bildirib.

Rektorun sözlərinə görə, universitetdə sentyabr ayından Elmi Şuranın qərarı və müvafiq əmr əsasında diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb.

Əməkhaqqı müəyyənləşdirilərkən müəllimin elmi adı və dərəcəsi, metodiki və elmi fəaliyyəti, “Scopus” və “Web of Science” bazalarında dərc olunan məqalələri, eləcə də tələbələrin müəllimdən məmnunluq səviyyəsi nəzərə alınır.

“Məsələn, tədris fəaliyyəti daha yüksək qiymətləndirilən müəllim əməkhaqqına əlavə 2 faiz ala bilər. Bu sistemin məqsədi müəllimlər arasında sağlam rəqabət yaratmaq və daha yaxşı nəticə göstərən əməkdaşları stimullaşdırmaqdır”, – deyə rektor bildirib.

N.Yusifbəyli qeyd edib ki, sistem tam tətbiq edildikdən sonra müəllimlərin gəlirlərinin artırılması üçün daha geniş imkanlar yaranacaq:

“Müəllimin nəticələri nə qədər yüksək olarsa, bu, onun əməkhaqqında da öz əksini tapacaq. Hətta müəyyən hallarda müəllim təsdiq edilmiş baza əməkhaqqından 2–3 dəfə artıq məbləğ əldə edə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!