İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var.
Modern.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
"Qəza nəticəsində 17 nəfər yaralanıb, azı 5 nəfər həyatını itirib", - məlumatda bildirilib.