Modern.az

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

Dünya

Bu gün, 21:19

Almaniya üçün Alternativ (AfD) partiyası Almaniya prezidentliyinə rəsmi olaraq öz namizədini irəli sürüb. Bu, keçmiş alman futbolçu və 1990-cı ilin dünya çempionu Tomas Bertolddur.

Modern.az xəbər verir ki, AfD-nin həmsədrləri Tino Çrupalla və Alis Vaydel onun namizədliyini partiyanın 10-cu iclasında açıqlayıblar.

"Tomas Bertoldun timsalında bütün almanların maraqlarını həqiqətən təmsil edə biləcək bir namizəd tapdıq", - deyə onlar bildiriblər.

Bununla belə, ekspertlər keçmiş futbolçunun prezident seçilmək şansını o qədər də yüksək hesab etmirlər.

Qeyd edək ki, 2027-ci il yanvarın 30-da Almaniya Federal Assambleyası növbəti prezidenti seçmək üçün toplanacaq. İki dəfə prezident seçilən Frank-Valter Ştaynmayer qanunvericiliyə əsasən yenidən bu posta namizəd ola bilməz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)