4 Avqust 2020, 10:51 | Ana Səhifə - Yazılar - Qadağaları tam aradan qaldırmaq böyük fəsadlar doğura bilər
Qadağaları tam aradan qaldırmaq böyük fəsadlar doğura bilər

Elman Babayev


Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı verdiyi son qərara birtərəfli qaydada “verilən qərar yanlışdır, əksər qadağalar götürülməli idi” formasında yanaşmaq doğru deyil. Mövcud vəziyyəti emosiyalara qapılmadan təhlil etdikdə indiki halda başqa çıxış yolunun olmadığını və bu qərarın əslində doğru olduğunu görərik.

Gəlin, öncə bu gün tədricən azalmağa doğru gedən statistikanın üzərində dayanaq. Əldə olunan nəticələr sevindiricidir. Xəstəlikdən sağalma faktı yoluxma faktını iki dəfədən çox üstələyib. İnfeksiyaya gündəlik yoluxma halı azalmaq istiqamətində getməkdədir: cəmi 1 həftə öncə 500-dən artıq yoluxma faktına şahidlik edirdiksə indi bu rəqəm 200-300 arası dəyişməyə başlayıb. Beləliklə, olduqca müsbət bir dinamikanın şahidiyik.

Arzuolunan nəticələrə doğru getməyimizdə əsas hansı amillər rol oynayıb- sualına cavab axtarsaq, təbii ki, birmənalı şəkildə sərt karantin rejiminin tətbiqi öndə gəlir.

Artıq belə bir müsbət rəy hakimdir ki, yaxın 2-3 həftə ərzində daha böyük və arzu etdiyimiz nəticəni əldə etmək mümkün olacaq. Belə olduğu təqdirdə daha artıq yumşalmalara getmək əks nəticələrlə üz-üzə qalmağımıza şərait yarada bilərdi. Müsbət nəticənin atmosferinə düşüb qadağaları tam aradan qaldırmaq daha böyük fəsadlar doğura, min bir əziyyətlə əldə olunan irəliləyiş bir anda itirilə bilər. Hamımızdan bir az da səbr, dözümlülük tələb olunur ki, arzuolunan nəticəni qazanmaq hədəfinə çataq.

Karantinin iqtisadi baxımdan itkiləri çoxdur, heç kim bu prosesdən qazanmır, fəqət heç bir itki insan həyatından dəyərli ola bilməz! Opertaiv qərargahın qərarı indiki halda ən doğru qərardır və bunu cəmiyyət olaraq anlayışla qarşılamaq lazımdır.

Son qərarda müəyyən yumşalmalar var və cəmiyyətin istəklərinə uyğun təhlükəsiz, sağlamlıq vəd edən istirahət üçün addımlar atılıb. İnsanların çimərliklərə getməsinə şərait yaradılıb. D vitaminin insan immuniteti üçün nə qədər vacib olduğu bəllidir. Bu nəzərə alınaraq sms icazə tam ləğv olunub və açıq havada istirahət etmək üçün təhlükəsiz şərait formalaşıb. Çimərliyə gedənlər üçün sayt yaradılıb və burada başlıca məqsəd vətəndaşların təhlükəsiz, sağlam istirahətinin təmin edilməsinə xidmət göstərməkdir. Tələblər isə , sadəcə gigiyena qaydalarına əməl etmək, sosial məsafəni gözləməkdir.

Bu qərar verilərkən beynəlxalq təcrübə araşdırılıb. İndiyə qədər çimərlikləri açan ölkələrin təcrübəsi, onların çimərlik üzrə tətbiq etdiyi qayda və şərtlər öyrənilib. Vətəndaşların çimərliklərə buraxılması üçün qısa zamanda hazırlıqlar aparılıb və əslində böyük bir iş ortalığa qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya tədbiri üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib. Bu işin ciddiyyətini kənara qoyub qərara lağ etmək, görülən işləri görməzdən gəlmək nə dərəcədə doğrudur?

Aylardır, çimərliklərin açılması tələb olunurdu. Mövcud durum məhz indi belə bir qərar verilməsinə imkan yaradıb. İndi durub “Çimərlikləri nə edirik? Gərək rayonlara gediş-gəliş açılardı”- demək bir məqəsədə xidmət edir- görülən işlərə qulp qoymaq, verilən qərarlara kölgə salmaq. Rayonlara gediş-gəliş açılsaydı belə, emosional və məntiqsiz düşünənlər üçün lağ etməyə nəsə tapılacaqdı.
Qəribədir, hətta havanın avqust ayında bir neçə gün soyuq olmasının günahı da sanki Operativ Qəragahda axtarılır. Az qalırlar yazsınlar ki, ekoloji problemlər, qlobal istiləşmə, qeyri-stabil mövsüm qərargahın qərarına görədir. Bu dərəcədə bəsit yanaşma ilə heç nə əldə etmək olmaz.

Bu gün ilk olaraq çimərliklər açılıbsa, növbəti mərhələlərdə müxtəlif yumşalmaların da şahidi olacağıq, təbii ki. Nə qədər məsuliyyətli olsaq, gigiyena və sosial məsafə qaydalarına riayət etsək, normal həyata qayıdış daha sürətli baş verəcək. Unutmayaq ki, yumşalma istiqamətində ilk addımlar atılıb, növbəti addımlar isə cəmiyyət olaraq hamımızdan asılıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37