25 Oktyabr 2020, 01:49 | Ana Səhifə - Yazılar - Vətən, Toyun Mübarək!
Vətən, Toyun Mübarək!

Aida Eyvazlı GÖYTÜRK

Bu payız səhərlərimiz başqa cür açılır. Bu payız XAN payızdır! Bu səhərlər 30 il bundan əvvəl hər gün bir ümidimizin də qırıldığı səhərlərə bənzəmir. Bu səhərlərin hər biri toy müjdəlidir. Türk ellərində  Xaqanların, hökmdarların çaldırdığı mərəkələr, toylar 40 gün çəkərdi.  Heç uç həftə deyil ki, başlamışıq Vətən savaşını. “Torpaqlarımızı geri almaq üçün döyüş başlandı” xəbərini eşidəndə ilk yazdığım və dediyim söz də bu oldu: “Vətən, Toyun Mübarək!”.

28 ildir ki, bu günümüzə yol gəlirik. 27 sentyabrdan bu günə qədər hər gün bir gözümüz gülüb, bir gözümüz ağlayır. Düşmən tapdağı altında olan o gözəl yurdlarımızı xəyanətlər, dövranın vəfasızlığı, hakimiyyət başıpozuqluğu səbəbindən əldən çıxardıqdan sonra, bir gün də olsa dayanmadıq. Hər gün “Qarabağ bizimdir, bizim olacaq!”- deyirik. Hər gün o yurdlara, söndürülmüş ocaqlarımıza dönmək əzmi göstəririrk. Hər gün şəhid veririk. Lakin  Müqəddəs torpaqlarımızı geri qaytarmaq borcunu unutmadıq.

1988-ci ildən bəri bu günlərdə başladığımız TOYU gözləyirik.

Aslanlarım, Şirlərim, Boz qurdlarım bir dəfə 2016-cı ilin aprelində müzəffər oldular. Vətənimin  bütün vətəndaşları döyüşə hazır dayandılar. Aprel şəhidlərimizi unutmadıq. Düşmən düşmənliyindən əl çəkməz ki, nə aldığını geri verir, nə də “it kimi, çaqqal kimi rədd olub getmir”. Və bir də ki, 16 iyulda Azərbaycan Ordusunun  Polad generalına tuşlandı düşmən gülləsi. Bax, onda MİLLƏTim, XALQım bir daha ayağa qalxdı. Hamı bir ağızdan dedi ki, “Öldü var, döndü yoxdur!”.

Ali Baş Komandan, Məmləkətimizin Prezidenti İlham Heydər oğlu Əliyev də səbrimizin sona çatdığını söylədi. Xalqına, millətinə qulluq göstərməyi özünə şərəf bilən  XAQAN İlham Heydər oğlunun xalqına ilk müraciətindən belə anladıq: “Bu Odlar yurdunun Ordu generalını qətlə yetirəni yuvasına qədər qovmasaq, anadan əmdiyimiz süd bizə haram olar!”.

O gündən hamımız səfərbərik. O gündən dünyanın gözü və ən qaynar nöqtəsi Azərbaycandır. İgidlərim, Aslanlarım, Ərlərim Vətən savaşına atılıblar. Düşmənə toy tuturlar.  Döyüşün ilk günündəcə 19 yaşlı Qurd balası Cəbrayıl düşmənin iki polkovnikini, bir generalını yurdumuzda qurduqları qərargahda əlləri ilə boğub öldürmüşdü. Mənim gənc əsgərim belədirsə, gör bir 27 il bu savaşa hazırlaşan, bu günü gözləyən ərənlərim nələrə qadirdilər.  O dağlıq yerlərdə, o dərələrdə düşməni öz qazdıqları səngərlərdə boğub öldürürlər. Bu Müqəddəs Odlar yurdunun 19 yaşlı şəhidi Cavidan Ağayevin atasına başsağlığı verəndə, “Mənə gözaydınlığı verin, mənim oğlum şəhid olub, hüzn qəbul etmirəm!”- deyirsə, belə bir millətin ruhunu yenmək olarmı?!

Bəli, bu gün  Göy Türklərin, Alp Arslanın, Alp Ər Tunganın dediyi zaman yetişib.  O Dədəmiz demişdi ki, Türklərin ruhu 13 əsrdən sonra  yenə qanadlanacaq. Bu gün əsgərlərimiz Qarabağı azad etmək üçün , Ötükəni çinlilərdən azad edən Şadlar kimi döyüşürlər. Tanrı onların yatmış ruhlarını dirçəldib. Artıq dünya  bir daha şahid olur ki, türk ruhu oyandısa, onun əsgərinin qarşısında kimsə dayana bilməz.

Məqam həmin məqamdır. Ona görə də Ali Baş Komandan, Sərkərdə, Fateh, Xaqan İlham Əliyev hər çıxışı, hər tviti ilə Azərbaycan Ordusunda döyüşən əsgərlərə ruh verir. Bizim ruhumuzu dirçəldən Fatehimiz var indi. Fateh İlham Əliyev deyir: “Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır”.

Bu payız günlərində Azərbaycan xalqı 1991-ci ildə yenidən  qazandığı Milli Müstəqillik günü ilə bərabər, hər qarışı uğrunda neçə-neçə şəhid verdiyimiz azad olunmuş torpaqlarımızın sevincini bayram etdi. Ona görə də bu bayram başqa bayramlara bənzəməz. Bu günlərimizin dadı başqadır. Bu günlərdə  millətindən, irqindən və dinindən asılı olmayaraq, Ordumuzda döyüşən hər bir Azərbaycan əsgəri öz adını Türk dünyasının savaş tarixinə, Qalibiyyət tarixinə qızıl hərflərlə yazır. Bu gün əsgərlərimiz -- analarımız, bacılarımız, torpağa həsrətlə ölən qohumlarımızın ruhu uğrunda, Ali Baş Komandanın uğrunda, Vətən uğrunda əzmlə döyüşürlər. Yeni zirvələr fəth edirlər. O zirvələrdə ki, 30 ilə yaxın idi ki, qartallar, şahinlər uçmurdular. O dağlarda bənövşələr, xarı büllbüllər bitmirdilər. Utandıqlarından kol dibində gizlənmişdilər. İndi öz zirvələrimizin, öz dağlarımızın sahibiyik! Cənab Ali Baş Komandan Fuzulinin də düşməndən azad olunduğunu xalqına müjdə verəndə dedi:

“Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Belə sərkərdəsi olan bir xalq məğlub ola bilməz. Belə sərkərdənin, fatehin adı əsgərlərimizin azad etdiyi ən uca zirvələrə qızıl hərflərlə həkk olunacaq. Azərbaycan Ordusu bu gün Türk dünyasının yeni döyüş, savaş tarixini yazır. Ona görə də əqidə, ruh, dava qardaşımız Rüstəm Behrudinin bir bənd şerini oxuyuram bu gün:

“Savaş verməlidir xeyir duamı,

Düşən gecə mənim, doğan dan mənim.

Bir bayram libası biçin əynimə,

Yolum keçməlidir Şuşadan mənim”.

40 günümüzün tamamında Qarabağda TOY çalınacaq. Toyumuza gələnlər də deyəcək: “Vətənim, TOYUN Mübarək!!!”. Azərbaycan bütün sülhsevərinsanların vətənidir. Bu şərəfli günlərdə yanımızda olanları ağ çadıra, uzaqda dayananları qara çadıra dəvət edəcəyik. Biz dostları darda qoymayan Odlar yurdunun övladlarıyıq. Dünyanın ilk odu da, ocağı da Azərbaycanda yanıb. Bu ocağın istisinə evimizə açıq ürəklə gələn hər kəs isinə bilər!!!

 

“Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54