11 Noyabr 2020, 23:14 | Ana Səhifə - Yazılar - Qələbənin əhəmiyyətini azaltmağa hesablanan zərərli müzakirələr
Qələbənin əhəmiyyətini azaltmağa hesablanan zərərli müzakirələr

Elman Babayev


Güclü və etibarlı sipər olan BİRLİK əslində bundan sonra daha çox lazımdır

 

Azərbaycan 45 gün davam edən müharibə dönəmində bütün dünyaya təkcə ordusunun, öz tarixi torpaqlarını heç vaxt güzəştə getməyəcəyini nümayiş etdirmədi. Həm də birliyin, Vətən uğrunda necə bir nəfərə çevrilməyin nümunəsini göstərdi. Siyasi mövqeyindən, dünyanın hansı guşəsində yaşamağından, statusundan asılı olmayaraq, hamı Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Prezident bu birliyin nə dərəcədə önəmli olduğunu hər çıxışında vurğuladı. Danılmaz faktdır ki, məhz həmrəylik, birlik Azərbaycanı qələbəyə daşıyan əsas amillərdən biri oldu. Ön cəbhədə olan əsgər bu birlikdən ilhamlanaraq öz canını Vətən uğrunda vermək üçün daha ürəkli oldu.

İndi atəşkəs əldə olunub və bizim bu birliyi qoruyub saxlamağımız olduqca vacibdir. Münaqişənin həllində Azərbaycan  ciddi uğurlar qazanıb, azadlığı bizə xəyal kimi görünən Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, ümumilikdə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olunub. Atəşkəslə bağlı imzalanan bəyanatda dekabrın 1-nə kimi Laçın, Kəlbəcər, Ağdamın işğaldan azad ediləcəyi ilə bağlı qrafik verilib. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Azərbaycan bu 45 gündə böyük bəlalar adladıb. Vəziyyət tamamailə başqa cür də ola bilərdi. Azərbaycana olan təzyiqlərin görünməyən tərəfləri var. Gəncəyə, Bərdəyə atılan raketlər birliyimizi pozmağa, ölkə daxilində çaxnaşma yaratmğa, millətin ruhunu qırmağa hesablanmışdı. Baş tutmadı, daha sıx birləşdik!

Nə qədər görmədiyimiz təzyiqlər oldu və onlar haqqında danışmaq hələ tezdir. Birliyimiz, Ali Baş Komandan ətrafında tək yumruğa çevrilməyimiz bizim bu bəlalardan çıxmağımızda əsas rol oynadı. Prezident bu birliyə söykənərək dünya güclərinin təzyiqlərinə sinə gərdi. Erməni havadarlarının niyyəti bizə bir qarış olsun belə torpaq verməmək, burada illərlə müharibənini davam etməsi idi. Düşünülürdü ki, illərlə davam edən müharibə üçüncü tərəfə yalvarışla nəticələnəcək. Ermənilərin uydurduğu mifə aldanan bu qüvvələr düşünürdü ki, Azərbaycan irəliləyə bilməyəcək.

Amma Azərbaycan tarix yazdı!

Cəmi 45 günə Ermənistan diz çökdü. Nə qondarma rejim var, nə də illərdir dondurulmuş münaqişə. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Heç kim bunu gözləmirdi.

Ən ötəsi Ermənistan dövlət kimi yox olmaq təhlükəsi ilə baş-başadır. Ölkə xaosa sürüklənib, ordusu, iqtisadiyyatı məhv olub. Əsl dilənçi gününə düşdüklərini yaxın günlərdə daha çox hiss edəcəklər. Belə ki, Ermənistanda daxili vəziyyət qarışıb,  düşmən ölkə 1992-93 illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakatə sürükləyir.  Ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmirsə əlavə nəsə deməyə ehtiyac qalmır.  Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Xaricdən erməni lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, hərbi texnika məhv edilib. Orduya çağrılacaq cannı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır. Beləlikə, tam bir məhv, tam bir xaos!

Azərbaycan isə prosesdən uğurla, daha güclü formada çıxıb. Əldə olunan qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırıb, xalqın inamını özünə qaytarıb. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

İlham Əliyevi bu 45 gündə cəmiyyət bir daha yaxından tanıdı. Onun milli maraqlardan bir addım belə geri çəkilmədiyinin yenidən şahidi oldu, vətənpərvərliyini gördü. Alınan ərazilərin adını açıqlayarkən keçirdiyi sevinc hisslərini izlədi. Müsahibə verdiyi xarici tv-lərdə ölkəmizi necə ləyaqətlə, qətiyyətlə təmsil etdiyini izləyən xalq belə bir dövlət rəhbərinə malik olduğudan qürurlandı. Nəticədə elə bir birlik ortaya çıxdı ki, bu birlik istənilən gücə qarşı duruş gətirdi.

30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi, ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti belə bir durumda yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

 

Gəlin yaranan yeni reallığın digər tərəflərinə baxaq və birliyimizin, Azərbaycan Prezidentinin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün yaratdığı mənzərəyə diqqət edək:

 

  • İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır;
  • Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək;
  • Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir;
  • Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir;
  • Kəlbəcər, Ağdam və Laçınının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək;
  • Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq;
  • Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diqtə edir.

 

 

Bundan başqa, emosiyalara qapılmadan Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatın sentryabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlandığını və Ermənistanın kapitulyasiya aktı olduğunu dərk etməliyik.  Bəyanat tam Azərbaycanın maraqlarına uyğundur. Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.

Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. Dərk etməliyik ki, ilk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir.

Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar.

 

Nəticə odur ki, regionda Azərbaycanın maraqlarına cavab verən tamamilə yeni siyasi reallıq yaranıb və Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulub. Amma təəssüf ki, Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Nə qədər acı olsa da reallıq odur ki, sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Buna başqa ad da tapmaq mümkün deyil.

Deməli, kampaniyanın əvvəlində özlərini xalqı vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.

Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər keçmişə boylanmalı və görməlidirlər ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları  itirilib.

 

Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırıb. Radikal müxalifətin yenə də xəyanət və riyakarlıq yoluna meyllənməsi məhz xalıqn birliyini pozmağa istiqamətlənib.

Bütün bunlara baxmayaraq, birliyimizi davam etdirməliyik. Prezident nə etdiyini yaxşı bilir. Göründüyü kimi ortada Azərbaycanın maraqlarına zidd olan heç nə yoxdur və olmayacaq. Biz birliyimizlə başladılan haqq işimizə son nöqtənin qoyulmasına dəstək verməliyik.

Unutmayaq ki, tarixdə həmişə kənar qüvvələr Azərbaycanı daxildən parçalamaqla istəklərinə nail olublar. Bu 45 gündə üzləşdikləri fərqli mənzərə həmin qüvvələrin planlarını alt-üst etdi. Əsrlərdir davam edən gedişat pozuldu, torpaqlarımızı  geri aldıq. Bununu davamlı olması üçün bizə indi birliyin davam etməsi hava-su kimi vacibdir!

İndi yeni mərhələ başlanılıb. Masada güc, qalib gələn tərəf bizik. Belə bir məqamda millət olaraq daha sıx birləşməliyik.

Qələbəmizə, millətin içərisində parçalanma yarada biləcək meyllərdən qaçmalıyıq. Bir yumruq kimi birliyimiz, güclü ordumuz bizi növbəti mərhələni də uğurla tamamlamağa imkan verəcək.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Almaniya və Türkiyə "Taliban"la bağlı razılığa gəldi 16 Oktyabr 2021, 19:36 Hikmət Hacıyev: “Prezidentin yenidənqurma-bərpa layihələri misilsizdir” 16 Oktyabr 2021, 19:27 Meşələrin İnkişafı Xidmətində yoxlamalar 16 Oktyabr 2021, 19:11 İspaniyalı diplomat Azərbaycana gəlir 16 Oktyabr 2021, 18:56 İşçilərin maaşı gecikdirilib - Xidmət AŞKARLADI 16 Oktyabr 2021, 18:41 Əməkhaqları və pensiyaların artırılması ilə bağlı işlərə başlanılıb - Nazirlik 16 Oktyabr 2021, 18:33 "Azəriqaz" rəhbərindən qazın qiyməti ilə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 18:21 “Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01