Modern.az

Bu qış Ukraynada nüvə qəzası ola bilər: 38 ölkə xəbərdarlıq etdi

Bu qış Ukraynada nüvə qəzası ola bilər: 38 ölkə xəbərdarlıq etdi

Dünya

Bu gün, 19:58

38 ölkənin nüvə təhlükəsizliyinə cavabdeh qurumlarının nümayəndələri bu qış Ukraynada nüvə qəzası baş verməsi riskinin artdığı barədə xəbərdarlıq ediblər.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Biz Rusiya və Ukrayna arasındakı müharibə nəticəsində nüvə təhlükəsizliyi üçün yaranan risklərin artmasından ciddi narahatlığımızı ifadə edirik”, – deyə təşkilatların birgə bəyanatında bildirilib.

Tənzimləyici qurumların fikrincə, sabit elektrik enerjisi təchizatı olmadan Ukraynadakı atom elektrik stansiyalarında nüvə yanacağının soyudulması getdikcə çətinləşir. Bu isə reaktorun aktiv zonasının əriməsinə və radioaktiv maddələrin ətraf mühitə sızmasına səbəb ola bilər.

Birgə müraciətin təşəbbüskarları üç təşkilatdır: Avropa Radiasiyadan Mühafizə Orqanları Rəhbərləri Assosiasiyası (HERCA), Qərbi Avropa Nüvə Təhlükəsizliyi Tənzimləyici Orqanları Assosiasiyası (WENRA) və Şimali Avropa ölkələrinin Radiasiya və Nüvə Təhlükəsizliyi Orqanları Rəhbərləri Assosiasiyası (NORA).

Ümumilikdə 38 ölkəni təmsil edən bu qurumlara bütün Avropa İttifaqı üzvləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya da daxildir.

Xatırladaq ki, noyabr ayında Zaporojye Atom Elektrik Stansiyasının (AES) xarici elektrik enerjisi təchizatını itirdiyi barədə məlumat yayılmışdı.

Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Zaporojye AES-in iyul-sentyabr ayları ərzində azı 11 dəfə hücuma məruz qaldığını bildirmişdi.

Sizə yeni x var
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu