Modern.az

10 kiloqramlıq qızıl pul yaradıldı: cəmi 20 ədəd

10 kiloqramlıq qızıl pul yaradıldı: cəmi 20 ədəd

Dünya

Bu gün, 00:12

Kanada Kral Zərbxanası 99,999 faiz təmizliyə malik, çəkisi 10 kiloqram olan kolleksiya qızıl sikkəsini təqdim edib. Buraxılış 2007-ci ildə hazırlanmış məşhur “Milyon dollarlıq sikkə”nin 20 illiyinə həsr olunub.

Modern.az xəbər verir ki, yeni sikkənin nominal dəyəri 100 min Kanada dolları, diametri isə 180 millimetrdir. Ondan cəmi 20 ədəd hazırlanacaq. Satış qiyməti hələ açıqlanmayıb.

Xatırladaq ki, 2007-ci ildə təqdim edilən orijinal sikkənin çəkisi 100 kiloqram, nominal dəyəri isə bir milyon dollar olub. Həmin vaxt dünyanın ən böyük qızıl sikkəsi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu