Modern.az

Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür

Dövlət borcundan hər vətəndaşın payına 2 326 manat düşür

İqtisadiyyat

Bu gün, 12:10

Azərbaycanın dövlət borcunun əhalinin sayına nisbəti hesablandıqda adambaşına təxminən 2 326 manat düşür.

Modern.az xəbər verir ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı dövlət borcunun məbləğini açıqlayıb.

Nazirin sözlərinə görə, 2026-cı il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 23,9 milyard manat təşkil edib. Bu, illik ümumi daxili məhsulun 17,3 faizinə bərabərdir.

Sahil Babayev bildirib ki, ümumi borcun 16,2 milyard manatı və ya 68 faizi daxili, 7,7 milyard manatı və ya 32 faizi xarici dövlət borcunun payına düşür.

Əhalinin sayını 10 milyon 276 min 56 nəfər götürməklə Modern.az-ın hesablamasına görə, adambaşına düşən dövlət borcu təxminən 2 325 manat 80 qəpik təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!