Modern.az

Ölkənin ən çox qol vuran futbolçusu karyerasını bitirdi

Ölkənin ən çox qol vuran futbolçusu karyerasını bitirdi

İdman

Bu gün, 20:00

Belçika millisinin tarixində ən çox qol vuran futbolçu Romelu Lukaku milli komandada çıxışını başa vurduğunu açıqlayıb. Hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Modern.az xəbər verir ki, futbolçunun sözlərinə görə, o, millidə keçirdiyi 16 il ərzində əlindən gələni edib və mümkün olan bütün emosiyaları yaşayıb. Lukaku birlikdə çıxış etdiyi komanda yoldaşlarına və göstərdikləri dəstəyə görə azarkeşlərə təşəkkür edib.

33 yaşlı hücumçu dörd dünya çempionatı və üç Avropa çempionatında iştirak etməklə qürur duyduğunu bildirib. O, milli komandadan ayrılmaq qərarını sakit və düşünülmüş addım kimi xarakterizə edib.

Hazırda Lukaku 2026-cı ilin yayından çıxış etdiyi Türkiyənin “Fənərbağça” klubunun futbolçusudur.

Karyerası ərzində belçikalı hücumçu ölkəsinin “Anderlext”, İngiltərənin “Vest Bromviç”, “Çelsi”, “Everton” və “Mançester Yunayted”, İtaliyanın isə “Napoli”, “İnter” və “Roma” klublarında forma geyinib.

Lukaku Belçika millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medalını qazanıb. O, milli komandanın heyətində vurduğu 94 qolla Belçika futbolu tarixinin ən məhsuldar bombardiri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu