17 Noyabr 2020, 01:57 | Ana Səhifə - Yazılar - Əsgərə hədiyyəni kim verməlidir...
Əsgərə hədiyyəni kim verməlidir...

Elçin Alıoğlu

Kimi əsgərə maşın verir, kimi bahalı telefon alır, kimi başqa hədiyyəni ərmağan edir. Hissləri, istəkləri anlayıram.

Hədiyyə alanı da, hədiyyə verəni də başa düşməyə çalışıram.

Amma bütün bunlar yaxşıdırmı?

Birmənalı olaraq yox.

Fikirlərim ola bilsin xoşagəlməz təsir bağışlasın, lakin hərbçilərə, Vətən müdafiəçilərinə belə "prezent"lər Qarabağın Qurtuluş savaşının ucuzlaşdırılmasıdır.

Əsgərə hədiyyəni yalnız və yalnız Dövlət verə bilər.

Dövlət Vətəndir.

O Vətən ki, vətəndaşını ordu sıralarına çağırır, onu əsgər edir, xidmətlərini də dəyərləndirir.

Vətənin bu missiyasını fərdin öz üzərinə götürməsi ayrı-ayrı hallarda cəmiyyətdə xoş qarşılanan, pozitiv emosiyalar yaradan hadisə olsa da, sonradan acı nəticələr verə bilər.

Çünki kombatant psixologiyasına təkan verəcək.

Fəsadlar artıq var.

İş o yerə çatıb ki, cəbhə xəttinə yaxın mövqelərdən canlı yayıma çıxan əsgər efirdə "Telefon istəyirəm" deyir.

Sonradan "Maşın istəyirəm", "Bağ istəyirəm", "Yaxşı vəzifə istəyirəm" tələbləri olacaq.

Daha sonra isə hədiyyə almamış əsgərdə kiçik də olsa, narazılıq yaranacaq ki, niyə ona verilir, mənə yox – axı eyni döyüşlərdə, eyni səngərlərdə olmuşuq.

Həmin tələblər "Mən orada sizin üçün vuruşdum" sözləri ilə müşayiət edilə bilər.

Qarabağ savaşımızın sonuclarını, əsgərimizi qoruyaq.

Əsgərlərimiz gəncdir, onların psixikası və davranış modelləri tam formalaşmayıb.

Onlar döyüşçülərdir, döyüşdə isə hər an emosiyaların yuxarı ekstremumudur, ölüm-dirim savaşıdır.

Anlayışla qarşılayaq.

Unutmayaq - əsgərin mükafatını vətəndaş yox, Vətən verir.

Ayrı-ayrı vətəndaşlarımızın şəxsi təşəbbüsü təqdirəlayiqdir.

Fəqət ki, belə təşəbbüslərin sosial şəbəkələrdə yayılması, tirajlanması gərək deyil.

Etməyək, lütfən...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Azəriqaz” rəhbəri canlı yayımda sualları cavablandırır 16 Oktyabr 2021, 17:55 Azərbaycan bu strateji yüksəkliyə nəzarəti ƏLƏ ALACAQ 16 Oktyabr 2021, 17:49 İranda güclü zəlzələ olub 16 Oktyabr 2021, 17:13 Koronavirus əleyhinə peyvənd olunanların SAYI 16 Oktyabr 2021, 16:51 Prezidentin sərəncamı 1,8 milyon vətəndaşı əhatə edəcək 16 Oktyabr 2021, 16:41 Yoluxma artdı: 12 nəfər öldü 16 Oktyabr 2021, 16:38 "Azərişıq"dan yeni tariflə bağlı AÇIQLAMA 16 Oktyabr 2021, 16:31 Milli Məclisdə ukraynalı deputatlarla görüş - FOTO 16 Oktyabr 2021, 16:15 Dünyada qaz qiymətləri ötən illə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR 16 Oktyabr 2021, 16:10 İcra başçısı və deputat şəhidin məzarını ziyarət etdi - FOTO 16 Oktyabr 2021, 15:57 Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ 16 Oktyabr 2021, 15:44 Hökumət Prezidentin sərəncamının icrasına BAŞLADI 16 Oktyabr 2021, 15:43 İranda daha 181 nəfər koronavirusdan öldü 16 Oktyabr 2021, 15:38 Maaşlar, pensiyalar və təqaüdlər ARTIRILIR 16 Oktyabr 2021, 15:21 Prezident Bəhram Bağırzadəni MÜKAFATLANDIRDI 16 Oktyabr 2021, 15:12 Elton Hüseynəliyevlə Xəyyam Nisanova fəxri ad verildi 16 Oktyabr 2021, 15:06 Azərbaycanda qaz və işıq tarifləri DƏYİŞDİRİLDİ 16 Oktyabr 2021, 14:44 Qarabağın işğaldan azad olunması su probleminin həllinə dəstək oldu 16 Oktyabr 2021, 14:31 Putinin “pis sülh və “yaxşı müharibəifadəsi: Bizə hansı məqbuldur? 16 Oktyabr 2021, 14:30 Bu direktorlar vəzifəsindən azad edilib  16 Oktyabr 2021, 14:22 Prezident fəxri adlar verdi - SİYAHI 16 Oktyabr 2021, 14:15 Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM 16 Oktyabr 2021, 14:06 Merkelin Türkiyə səfəri – Ərdoğanla görüşdü 16 Oktyabr 2021, 13:53 Futbol matçından sonra atışma olub, yaralılar var 16 Oktyabr 2021, 13:32 Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır – RƏSMİ 16 Oktyabr 2021, 13:19 İşğal dövründə Qarabağda 100 min hektar ərazi yanıb 16 Oktyabr 2021, 13:17 Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası - FOTO 16 Oktyabr 2021, 13:04 Fransa Qarabağın minalardan təmizlənməsinə yardım edəcək 16 Oktyabr 2021, 13:01 Azərbaycan Ordusu “OSA” zenit-raket komplekslərini İŞƏ SALDI - VİDEO 16 Oktyabr 2021, 12:52 Rusiyada 1 gündə mindən çox insan koronavirusdan öldü 16 Oktyabr 2021, 12:40 Vətəndaşın 4 min manatını mənimsəyən “falçı” saxlanıldı 16 Oktyabr 2021, 12:30 Bazar günü hava necə olacaq? 16 Oktyabr 2021, 12:20 Füzuli Hava Limanı ilə bağlı ŞAD XƏBƏR 16 Oktyabr 2021, 12:16 Talış və Suqovuşana qayıdış: Prezidentin köməkçisindən ANONS 16 Oktyabr 2021, 12:14 Müstəqillik günümüz haqqında bəzi qeydlər 16 Oktyabr 2021, 12:05