Modern.az

Oqtay Əsədov Türkiyədən qayıdan deputatlarla görüşüb

Oqtay Əsədov Türkiyədən qayıdan deputatlarla görüşüb

19 Oktyabr 2009, 15:48

Oktyabrın 11-dən 17-dək Türkiyədə səfərdə olan Milli Məclisinin 11 deputatı bu gün parlamentin spikeri Oqtay Əsədovun qəbulunda olublar. Modern.az xəbər verir ki, görüşdə Oqtay Əsədov Türkiyədən qayıdan deputatlarla Ankara səfərinin yekunlarını müqzakirə edib.
Xatırladaq ki, Milli Məclisinin üzvləri Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev, Fəzail Ağamalıdan ibarət nümayəndə heyəti Türkiyə və Ermənistanın arasında  münasibətlərin yaxşılaşdırılmasına və sərhədlərin açılmasına dair protokollar imzalanandan sonra Azərbaycanın narahatlığını çatdırmaq məqsədilə Türkiyədə bir sıra görüşlər keçiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı