Modern.az

Universitetimiz bu göstərici ilə Azərbaycanda birincidir - MÜSAHİBƏ

Universitetimiz bu göstərici ilə Azərbaycanda birincidir - MÜSAHİBƏ

Təhsil

11 Noyabr 2026, 23:50

- Professor-müəllim heyətinin orta yaş göstəricisi inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir. Bu, diqqət yetirməli olduğumuz məsələlərdən biridir. Gənc elmi kadrların hazırlanması, magistratura və doktorantura səviyyəsində təhsilin keyfiyyətinin yüksəldilməsi vacibdir.

Doktorantura təhsilində də müəyyən problemlər var. Məsələn, doktorantların yalnız 5-6 %-i dissertasiyasını nəzərdə tutulan müddətdə müdafiə edə bilir. Bu göstərici elmi kadr hazırlığının daha səmərəli təşkilinə ehtiyac olduğunu göstərir.

- Azərbaycan tələbələrinin bilik və bacarıqlarını xarici ölkələrin tələbələri ilə müqayisə etsək, hansı qənaətə gəlmək olar?

- Hesab edirəm ki, Azərbaycan tələbələri bilik və bacarıq baxımından amerikalı və avropalı həmyaşıdlarından ciddi şəkildə geri qalmırlar. Bəzi xüsusiyyətlər baxımından hətta üstünlüklərimiz də var. Məsələn, tələbələrimiz vətənpərvərlik, məsuliyyət və öhdəliklərinə sadiqlik baxımından müsbət keyfiyyətlərə malikdirlər.

Xaricdə təhsil alan tələbələrimizin qarşılaşdığı əsas çətinliklərdən biri də dil məsələsidir. Onlar yeni akademik mühitə uyğunlaşmaqla yanaşı, xarici dildə təhsil almaq və elmi fəaliyyət göstərmək məcburiyyətində qalırlar.

- Universitetlərdə müəllimlərin əməkhaqqının artırılması və fəaliyyətə uyğun diferensiallaşdırılması məsələsi də müzakirə olunur. SDU-da bu istiqamətdə hansı model tətbiq edilir?

- Hesab edirəm ki, Azərbaycanda universitetlərdə əməkhaqqı səviyyəsi ümumilikdə ədalətli və əmək bazarına uyğun olmalıdır. Bununla yanaşı, müəllimlərin fəaliyyətinin nəticələrinə əsaslanan diferensial əməkhaqqı modelinin tətbiqi vacibdir.

Sumqayıt Dövlət Universitetində sentyabr ayında Elmi Şuranın qərarı və müvafiq əmr əsasında diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu zaman müəllimin elmi adı, elmi dərəcəsi, dosent və professor statusu, metodiki və elmi fəaliyyəti, Scopus və Web of Science bazalarında dərc olunan məqalələri, həmçinin tələbələrin müəllimdən məmnunluq səviyyəsi nəzərə alınır.

Məsələn, tədris fəaliyyəti daha yüksək qiymətləndirilən müəllim əməkhaqqına əlavə 2 % ala bilər. Bu sistemin məqsədi müəllimlər arasında sağlam rəqabət yaratmaq və daha yaxşı nəticə göstərən əməkdaşları stimullaşdırmaqdır.

- Diferensial əməkhaqqı sistemi müəllimlərin gəlirlərində nə qədər fərq yarada bilər? Yüksək nəticə göstərən müəllimlərin maaşı hansı həddə qədər arta bilər?


- Strateji İnkişaf Planının hazırlanmasında əsas prinsipimiz universitetin mövcud potensialını obyektiv qiymətləndirmək və gələcək inkişaf istiqamətlərini real imkanlarla uzlaşdırmaq olub.

İlk növbədə, qlobal ali təhsil trendləri, Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli prioritetləri, əmək bazarının dəyişən tələbləri və Sumqayıtın sənaye potensialı nəzərə alınıb.

PESTLE təhlili vasitəsilə siyasi, iqtisadi, sosial-mədəni, texnoloji, qanunvericilik və ətraf mühit faktorlarının universitetə təsirini dəyərləndirmişik, eləcə də McKinsey 7S Modeli ilə Sərt (Strategiya, Struktur, Sistemlər) və yumşaq (Ortaq dəyərlər, Bacarıqlar, Heyət, Üslub) elementlər üzrə mövcud durum və uyğunsuzluqlar analiz edilib.   Başqa sözlə, PESTLE təhlili kənar təhdid və imkanları, 7S isə SDU-nun daxili imkanlarının bu çağrışlara hazırlığını müəyyən edib.

Burada üç mühüm məsələyə xüsusi diqqət yetirmişik:

Birincisi, strateji planın nəticəyönümlü olmasıdır. Hər bir məqsədin konkret fəaliyyətlərlə, ölçülə bilən göstəricilərlə və icra müddətləri ilə əlaqələndirilməsi vacibdir. İkincisi, universitetin bütün fəaliyyət istiqamətləri arasında sistemli əlaqənin qurulmasıdır. Çünki təhsil, elm, beynəlxalq əməkdaşlıq, insan resursları və infrastruktur vahid inkişaf modelinin tərkib hissələri kimi nəzərdən keçirilməlidir.

Üçüncüsü isə universitetin fərqli üstünlüklərinin müəyyənləşdirilməsidir. Unversitetin Sumqayıt kimi güclü sənaye potensialına malik şəhərdə yerləşməsi mühüm strateji üstünlükdür. Biz bu imkandan istifadə edərək mühəndislik, texnologiya, energetika və digər tətbiqi istiqamətlərdə universitetin mövqeyini gücləndirməyi hədəfləyirik.

Strateji inkişaf planının uğuru onun hazırlanmasından daha çox, gündəlik idarəetmə qərarlarına və universitetin fəaliyyət nəticələrinə təsiri ilə müəyyən olunur.

- Universitetdə idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində hansı addımlar atılır? Bu yeniliklər tədrisin keyfiyyətinə, tələbə məmnunluğuna və məzunların gələcək iş imkanlarına necə təsir göstərəcək?

- Universitetdə beynəlxalq idarəetmə standartlarının inteqrasiyası institusional inkişafımızın mühüm istiqamətlərindən biridir. Burada məqsəd universitetin idarəetmə proseslərini daha şəffaf, sistemli, ölçülə bilən və davamlı təkmilləşməyə əsaslanan model üzərində qurmaqdır.

Məsələn, ISO 21001 (təhsil təşkilatlarının memencment sistemi), 37001 (Korrupsiyay qarşı MS), 10002 (Məmuniyyəti və Şikayyətlərin MS) və 9001 keyfiyyət menecmenti, ISO 14001 ekoloji memcment, ISO 45001 isə əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində beynəlxalq yanaşmaları müəyyən edir.

Bu standartların inteqrasiyası tələbələr üçün bir neçə mühüm üstünlük yarada bilər.İlk növbədə, tədris proseslərinin planlaşdırılması, təşkili və qiymətləndirilməsi daha sistemli xarakter alır. Tələbələrin təhsil keyfiyyəti ilə bağlı rəylərinin öyrənilməsi və həmin rəylər əsasında təkmilləşdirmələrin aparılması institusional mexanizmə çevrilir.

Digər tərəfdən, tələbələr beynəlxalq memecment (idarəetmə) mədəniyyətinin tətbiq olunduğu akademik mühitdə təhsil alırlar. Bu təcrübə onların gələcək peşə fəaliyyətləri üçün həm yerli, həm də transmilli şirkətlər və sənaye müəssiləri tərəfindən daha böyük etimadla işə qəbulu təmin edir.

Xüsusilə mühəndislik, iqtisadiyyat, idarəetmə və texnologiya istiqamətlərində təhsil alan tələbələr üçün keyfiyyət, risklərin idarə edilməsi, ekoloji məsuliyyət və təhlükəsizlik prinsiplərinin praktiki əhəmiyyəti böyükdür. Əsas məqsədimiz standartların tətbiqini sənədləşmə prosesi ilə məhdudlaşdırmadan, onların tələbələrin təhsil prosesinə real təsirini təmin etməkdir.

- Universitetdə rəqəmsal transformasiya istiqamətində hansı yeniliklər tətbiq olunur?

- Rəqəmsallaşma bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Avqustun sonunda universitetdə LMS - tədrisin idarə olunması sistemi tətbiq olunmağa başlayıb. Bu sistem vasitəsilə tədris prosesinin müxtəlif mərhələlərini izləmək və idarə etmək mümkündür.

Hazırda sistemdə 15-dən artıq idarəetmə paneli mövcuddur. Əvvəllər istifadə olunan 1 808 kağız jurnaldan imtina etmişik. Tədris materiallarının 98 %-i  iki həftə ərzində sistemə yüklənib. Sentyabrın 15-dək tələbələr tədris materiallarına, sillabuslara və dərs cədvəllərinə elektron qaydada çıxış əldə ediblər.

Bundan başqa, elmi-metodiki fəaliyyətin təşkili və təsdiqi üçün ayrıca rəqəmsal platforma yaradılıb. Universitetin internet səhifəsi də yenilənərək oktyabrın əvvəlində təqdim olunub.

İnfrastrukturun inkişafı istiqamətində də işlər görülür. Kabel xətləri, fiber-optik internet bağlantısı və digər texniki imkanlar təkmilləşdirilir. Tələbə yataqxanasında internet sürəti ilə bağlı problemlərin aradan qaldırılması üçün əlavə avadanlıqlar quraşdırılıb.

Universitetin 20-dən artıq nöqtəsində QR-kodlar yerləşdirilib. Tələbələr bu kodlar vasitəsilə anonim şəkildə və ya adlarını qeyd etməklə müraciət edə, təkliflərini bildirə, müəllimlərin fəaliyyəti ilə bağlı rəylərini çatdıra bilərlər.

Sentyabr ayından etibarən ISO standartlarının tətbiqi istiqamətində də işlərə başlanılıb. Burada tələbə məmnunluğu, şikayətlərin idarə olunması, imtahanların şəffaflığı, kadr idarəçiliyi və şəxsi məlumatların qorunması kimi məsələlər diqqətdə saxlanılır.

- Rəqəmsal sistemlərin tətbiqi ilə yanaşı, tədrisin keyfiyyətinə nəzarət də vacibdir. Bu istiqamətdə hansı mexanizmlərdən istifadə olunur?

- Bizim əsas məqsədlərimizdən biri tədrisin keyfiyyətini davamlı şəkildə yüksəltməkdir. Bu məqsədlə universitetdə açıq dərs yanaşmasını tətbiq edirik. Elmi Şuranın qərarına əsasən, dərslər müşahidə üçün açıqdır. Keyfiyyət üzrə koordinatorlar, rektor, prorektorlar və müvafiq şəxslər istənilən auditoriyaya daxil olaraq dərsi müşahidə edə bilərlər. Bu müşahidə 15, 20, 50 və ya 80 dəqiqə davam edə bilər. Məqsəd müəllimin fəaliyyətini real tədris prosesində qiymətləndirməkdir.

Eyni zamanda, dərslərin qiymətləndirilməsi elektron qaydada aparılır və müvafiq məlumatlar toplanır. Semestrin və tədris ilinin sonunda həmin məlumatlar müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınır. Düşünürəm ki, bu yanaşma həm müəllimlər, həm də tələbələr tərəfindən dəstəklənir. Çünki burada məqsəd cəza mexanizmi yaratmaq deyil, tədrisin keyfiyyətini yüksəltməkdir.

- SDU-nun beynəlxalq reytinqlərdəki mövqeyi də diqqət çəkir. Universitetin müəllim-tələbə nisbəti göstəricisi üzrə QS reytinqində 52-ci yerdə olduğu bildirilir. Bu nəticəni necə qiymətləndirirsiniz?

- Universitetin fəaliyyətini qiymətləndirərkən yalnız bir göstəriciyə əsaslanmaq düzgün olmazdı. Bizim üçün tədrisin keyfiyyəti, tələbə məmnunluğu, elmi fəaliyyət, beynəlxalq əməkdaşlıq və digər istiqamətlər də vacibdir.

QS reytinqində müəllim-tələbə nisbəti göstəricisi üzrə SDU dünyada 52-ci yerdə, Azərbaycanda isə birinci yerdə qərarlaşıb. Bu, universitet üçün əhəmiyyətli nəticədir. Ancaq məqsədimiz yalnız bu göstəricidə mövqe qazanmaq deyil. Əsas hədəfimiz universitetin ümumi fəaliyyət keyfiyyətini yüksəltməkdir.

Azərbaycanın ali təhsil sistemi də son illərdə müəyyən inkişaf mərhələsindən keçir. Orta təhsildən ali təhsilə keçid, qəbul nəticələri, tələbə sayı və beynəlxalq reytinqlərdə təmsilçilik baxımından müsbət tendensiyalar var.

Son 5 ildə orta məktəblərdən ali təhsil müəssisələrinə qəbul olunanların sayında hər il 3 000-5 000 nəfərlik artım müşahidə olunub. Riyaziyyat üzrə nəticələrdə və PISA göstəricilərində də müəyyən müsbət dəyişikliklər var. Azərbaycanın ali təhsil sisteminin inkişafı baxımından regionda ilk onluqda yer alması da diqqətəlayiq məqamdır. Hər 10 000 nəfərə düşən tələbə sayı baxımından Belarusla müqayisə oluna bilən göstəricilərimiz var.

Ancaq təhsildə aparılan islahatların nəticəsini dərhal görmək mümkün deyil. Bu sistemdə dəyişikliklərin real nəticə verməsi üçün ən azı 5 il vaxt tələb olunur. Məktəblərin yenilənməsi, yeni təhsil müəssisələrinin tikilməsi, universitetlərdə laboratoriyaların yaradılması və elmlə təhsilin inteqrasiyası uzunmüddətli prosesdir.

Bu baxımdan, elmi müəssisələrin bir qisminin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, elmin və təhsilin vahid sistemdə inkişaf etdirilməsi də mühüm addımlardandır. Nazirliyin adında elmin də yer alması bu yanaşmanın əhəmiyyətini göstərir.

- Reytinqlərdə mövqeyi yaxşılaşdırmaq üçün hansı göstəricilərin yüksəldilməsi nəzərdə tutulur?

- Sumqayıt Dövlət Universitetinin beynəlxalq (QS, THE, UI GreenMetric) və regional reytinqlərdəki mövqeyini davamlı yüksəltmək üçün 2026-2030-cu illər Strateji İnkişaf Planında (SİP) məqsədyönlü şəkildə aşağıdakı əsas performans göstəricilərinin (KPI) artırılması nəzərdə tutulub.

Bununla belə, reytinqlərə yanaşmamız daha genişdir. Bizim üçün əsas məqsəd yalnız müəyyən sıralamada irəliləmək yox, həmin nəticəni formalaşdıran fundamental göstəriciləri yaxşılaşdırmaqdır.Düşünürəm ki, beynəlxalq reytinqdə yüksək mövqe universitetin inkişafının nəticəsi olmalıdır. Ona görə də biz ilk növbədə həmin nəticəni təmin edən akademik və institusional keyfiyyət üzərində çalışmalıyıq.Bu istiqamətdə fəaliyyətimizi bir neçə əsas göstərici üzərində qurmağı nəzərdə tuturuq.

İlk növbədə istiqamət təhsil keyfiyyəti və məzunların əmək bazarında rəqabət qabiliyyətidir.İkincisi istiqamət elmi tədqiqatların keyfiyyəti və beynəlxalq təsiridir. Burada beynəlxalq elmi bazalarda indeksləşən nüfuzlu jurnallarda dərc olunan məqalələrin sayının artırılması ilə yanaşı, onların elmi təsirinə də diqqət yetirilməlidir.Üçüncüsü istiqamət beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsidir. Xarici universitetlərlə birgə tədqiqatlar, ortaq nəşrlər, akademik mobillik və beynəlxalq layihələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dördüncüsü istiqamət universitetin beynəlxalq akademik nüfuzunun artırılmasıdır.

Burada mühüm məqam odur ki, reytinq göstəriciləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Məsələn, beynəlxalq tədqiqat əməkdaşlığı həm elmi məhsuldarlığı, həm istinad göstəricilərini, həm də universitetin akademik nüfuzunu gücləndirə bilər.

- Bu gün professor-müəllim heyətinin yaş göstəricisi və elmi kadr hazırlığı ilə bağlı hansı problemləri görürsünüz?

- Professor-müəllim heyətinin orta yaş göstəricisi inkişaf etmiş ölkələrlə müqayisədə yüksəkdir. Bu, diqqət yetirməli olduğumuz məsələlərdən biridir. Gənc elmi kadrların hazırlanması, magistratura və doktorantura səviyyəsində təhsilin keyfiyyətinin yüksəldilməsi vacibdir.

Doktorantura təhsilində də müəyyən problemlər var. Məsələn, doktorantların yalnız 5-6 %-i dissertasiyasını nəzərdə tutulan müddətdə müdafiə edə bilir. Bu göstərici elmi kadr hazırlığının daha səmərəli təşkilinə ehtiyac olduğunu göstərir.

- Azərbaycan tələbələrinin bilik və bacarıqlarını xarici ölkələrin tələbələri ilə müqayisə etsək, hansı qənaətə gəlmək olar?

- Hesab edirəm ki, Azərbaycan tələbələri bilik və bacarıq baxımından amerikalı və avropalı həmyaşıdlarından ciddi şəkildə geri qalmırlar. Bəzi xüsusiyyətlər baxımından hətta üstünlüklərimiz də var. Məsələn, tələbələrimiz vətənpərvərlik, məsuliyyət və öhdəliklərinə sadiqlik baxımından müsbət keyfiyyətlərə malikdirlər.

Xaricdə təhsil alan tələbələrimizin qarşılaşdığı əsas çətinliklərdən biri də dil məsələsidir. Onlar yeni akademik mühitə uyğunlaşmaqla yanaşı, xarici dildə təhsil almaq və elmi fəaliyyət göstərmək məcburiyyətində qalırlar.

- Universitetlərdə müəllimlərin əməkhaqqının artırılması və fəaliyyətə uyğun diferensiallaşdırılması məsələsi də müzakirə olunur. SDU-da bu istiqamətdə hansı model tətbiq edilir?

- Hesab edirəm ki, Azərbaycanda universitetlərdə əməkhaqqı səviyyəsi ümumilikdə ədalətli və əmək bazarına uyğun olmalıdır. Bununla yanaşı, müəllimlərin fəaliyyətinin nəticələrinə əsaslanan diferensial əməkhaqqı modelinin tətbiqi vacibdir.

Sumqayıt Dövlət Universitetində sentyabr ayında Elmi Şuranın qərarı və müvafiq əmr əsasında diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Bu zaman müəllimin elmi adı, elmi dərəcəsi, dosent və professor statusu, metodiki və elmi fəaliyyəti, Scopus və Web of Science bazalarında dərc olunan məqalələri, həmçinin tələbələrin müəllimdən məmnunluq səviyyəsi nəzərə alınır.

Məsələn, tədris fəaliyyəti daha yüksək qiymətləndirilən müəllim əməkhaqqına əlavə 2 % ala bilər. Bu sistemin məqsədi müəllimlər arasında sağlam rəqabət yaratmaq və daha yaxşı nəticə göstərən əməkdaşları stimullaşdırmaqdır.

- Diferensial əməkhaqqı sistemi müəllimlərin gəlirlərində nə qədər fərq yarada bilər? Yüksək nəticə göstərən müəllimlərin maaşı hansı həddə qədər arta bilər?

- Bu sistem tam şəkildə tətbiq olunduqdan sonra müəllimlərin fəaliyyət nəticələrinə uyğun olaraq daha geniş imkanlar yaranacaq. Müəllimin nəticələri nə qədər yüksək olarsa, bu, onun əməkhaqqında da öz əksini tapacaq. Hətta müəyyən hallarda müəllim təsdiq edilmiş baza əməkhaqqından 2–3 dəfə artıq məbləğ əldə edə bilər.

Bizim məqsədimiz əməkdaşların fəaliyyətini obyektiv meyarlar əsasında qiymətləndirmək, onların əməyini layiqincə dəyərləndirmək və universitetdə rəqabət mühiti formalaşdırmaqdır.

- Universitetlərin maliyyələşdirilməsi, xüsusilə tələbəbaşına düşən vəsaitin həcmi ilə bağlı fikirləriniz maraqlıdır. Azərbaycanda bu göstəricini necə qiymətləndirirsiniz?

- Azərbaycanda tələbəbaşına ayrılan dövlət vəsaiti ixtisaslardan asılı olaraq dəyişir. Son 2 ildə bu məbləğ təxminən 2 100-2 700 manat arasında olub. Bəzi ixtisaslarda isə tələbəbaşına maliyyələşmə 7 800 manata çatır.

Avropa ölkələrində tələbəbaşına düşən maliyyələşmə 5 000-10 000 avro səviyyəsindədir. Bu müqayisə universitetlərin maliyyə imkanları və təhsil xərclərinin fərqli olduğunu göstərir.

Düşünürəm ki, gələcəkdə universitetlərin maliyyələşdirilməsi ilə yanaşı, tələbələr üçün əlavə təqaüd və qrant imkanlarının da genişləndirilməsi mümkündür. Bu, həm tələbələrin motivasiyasına, həm də ali təhsildə rəqabət mühitinin güclənməsinə müsbət təsir göstərə bilər.

- Hazırda SDU-da oxuyan əcnəbi tələbə və çalışan xarici müəllimlərlə bağlı göstəricilər əvvəlki illərlə müqayisədə necə dəyişib? Universitetə daha çox xarici tələbə və müəllim cəlb etmək üçün hansı addımlar atılır?

- Son tədris ilinin qiymətləndirmə nəticələrinə əsasən, beynəlmiləlləşmə istiqamətində ciddi artım dinamikası əldə edilib. Hazırda universitetimizə 77 əcnəbi tələbə və 4 xarici müəllim-tədqiqatçı cəlb olunub. Bu göstəricilər əvvəlki illərlə müqayisədə SDU-nun beynəlxalq cəlbediciliyinin yüksəldiyini və xarici akademik heyətlə əməkdaşlığın miqyasının genişləndiyini aydın göstərir.

Əlbəttə, biz xarici tələbə və müəllimlərin cəlb edilməsinə yalnız kəmiyyət göstəricisi kimi yanaşmırıq. Burada əsas məqsəd beynəlxalq akademik mühitin formalaşdırılması, fərqli elmi məktəblərin təcrübəsindən yararlanmaq və tələbələrimiz üçün daha geniş təhsil imkanları yaratmaqdır.

Xarici akademik heyətin və tədqiqatçıların cəlb olunması üçün stimullaşdırıcı şərait yaradılır. “Parlaq Gələcək” təqaüd proqramının təsis edilməsi nəticəsində 36 əcnəbi tələbə bu proqram çərçivəsində universitetə qəbul olunub.

SDU üzrə isə ümumilikdə 7 821 (7 186+635) tələbə təhsil alır. Onlardan 2 557 nəfəri (32,7 faiz) dövlət sifarişi əsasında, 4 934 nəfəri (67,3 faiz) isə ödənişli əsaslarla təhsil alır.

Hesab edirəm ki, universitetin beynəlxalq cəlbediciliyi ilk növbədə onun təqdim etdiyi təhsilin keyfiyyətindən, elmi mühitindən və tələbələr üçün yaratdığı inkişaf imkanlarından asılıdır.

- SDU-nun xarici universitetlərlə əməkdaşlığı hansı istiqamətlərdə inkişaf edir? Bu tərəfdaşlıqlar tələbə və müəllimlər üçün hansı yeni imkanlar yaradıb? İkili diplom proqramları, mübadilə və birgə elmi tədqiqatlar sahəsində hansı nəticələr əldə olunub?

- Beynəlxalq əməkdaşlıq SDU-nun inkişaf strategiyasında xüsusi yer tutur. Bu sahədə əsas prinsipimiz əməkdaşlıq müqavilələrinin konkret akademik nəticələrə çevrilməsidir. Tərəfdaş universitetlərlə əlaqələrimiz çərçivəsində akademik mobillik, birgə elmi fəaliyyət, professor-müəllim heyətinin təcrübə mübadiləsi və ortaq təhsil təşəbbüsləri kimi istiqamətlərin inkişafına üstünlük veririk. Xüsusilə birgə və ikili diplom proqramlarının formalaşdırılması universitetimizin beynəlmiləlləşməsi baxımından perspektivli istiqamətlərdəndir.

Bu proqramlar tələbələrə fərqli akademik mühitlərdə təhsil almaq, beynəlxalq təcrübə qazanmaq və əmək bazarında rəqabət qabiliyyətini artırmaq imkanı yarada bilər. Eyni zamanda, xarici universitetlərlə birgə tədqiqat layihələri elmi potensialımızın gücləndirilməsi üçün mühüm vasitədir.

Mən hesab edirəm ki, beynəlxalq əməkdaşlığın real dəyəri yalnız imzalanmış 60-dan çox müqavilənin sayı ilə deyil, həm də həmin əməkdaşlıq nəticəsində həyata keçirilən layihələr, tələbə və müəllim mübadiləsi, birgə nəşrlər və yaradılan yeni imkanlarla qiymətləndirilməlidir.

- Universitetin məzunlarının cari məşğulluq göstəricilərindən danışmağınızı istərdik. Məzunların neçə faizi işlə təmin olunur, onların nə qədəri məhz bitirdiyi ixtisas üzrə çalışır? Bu məlumatlar hansı dövrü əhatə edir?

- Məzunların məşğulluğu universitet fəaliyyətinin ən mühüm nəticə göstəricilərindən biridir. Qeyd edə bilərəm ki, son 5 ildə 15% artım müşahidə olunur, 70% (11% rəhbər səviyyədə)səviyyəsində olub. Bu statistik məlumatlar 2024-2025 və 2025-2026-cı tədris illərini əhatə edən son monitorinq və qiymətləndirmə hesabatlarının nəticələrinə əsaslanır. 

Sumqayıt Dövlət Universitetində məzunların məşğulluq dinamikasının izlənilməsi, onların əmək bazarına inteqrasiyası və ixtisaslaşma dərəcəsinin təhlili Karyera və Məzunlarla İş Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi, və sənaye tərəfdaşlarının rəqəmsal baza məlumatları əsasında davamlı olaraq aparılır.

Məşğulluq Göstəricisi və İxtisas Uyğunluğu:SDU məzunlarının ümumi işlə təmin olunma göstəricisi orta hesabla 70% səviyyəsində formalaşır. Sənaye klasteri, mühəndislik, IT, kimya-biologiya və pedaqoji ixtisaslar üzrə bu göstərici daha yüksək nisbət təşkil edir. İşlə təmin olunan məzunların böyük əksəriyyəti (70%-75%-dən çoxu) məhz bitirdiyi ixtisas və ya həmin ixtisasa yaxın profil üzrə (xüsusilə Sumqayıt Kimya Sənaye Parkı, SOCAR Polimer, Azərtexnoline, Azərsun, eləcə də regional təhsil və dövlət müəssisələrində) fəaliyyət göstərir.

SDU-da da bu istiqamətdə məzunlarla əlaqələrin gücləndirilməsi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və karyera dəstəyi mexanizmlərinin inkişafı prioritet məsələlərdəndir. Xüsusilə Sumqayıtın sənaye müəssisələri ilə əməkdaşlıq tələbələrimizin istehsalat təcrübəsi və gələcək məşğulluğu baxımından geniş imkanlar yaradır.

Tədris kurikulumlarının sənaye klasterinin tələblərinə uyğun yenilənməsi hesabına məzunların məşğulluq faizinin və doğrudan ixtisas üzrə işləmə göstəricisinin daha da yüksəldilməsi nəzərdə tutulur.

- Sumqayıt sənaye şəhəridir və SDU-nun bu sənaye potensialından yararlanmaq imkanları genişdir. Universitetin sənaye müəssisələri ilə əməkdaşlığı tələbələrin işlə təminatına və elmi tədqiqatların istehsalata tətbiqinə necə təsir edir?

- Sumqayıt şəhərinin nəhəng sənaye habı olması universitet üçün fundamental strateji üstünlük yaradır. Universitetimizin 2026-2030-cu illər üzrə Strateji İnkişaf Planında (SİP) "Sənaye inteqrasiyası və tətbiqi innovasiyalar" institusional dəyər kimi ön plana çəkilib. Bu əməkdaşlıq həm tələbələrin məşğulluğuna, həm də elmi tədqiqatların kommersiyalaşdırılmasına bir neçə istiqamətldə birbaşa və ölçüləbilən müsbət təsir göstərir; SDU-nun Sumqayıt Kimya Sənaye Parkı (SKSP), SOCAR Polimer, Azərtexnoline, Azərsun, Azərişıq, Heydər Əliyev adına Neft Emalı Zavodu və Fuad-Kimya Servis kimi aparıcı sənaye tərəfdaşları ilə tərəfdaşlığı sayəsində tələbələr nəzəri bilikləri birbaşa istehsalat sahəsində tətbiq edirlər.

Sənaye müəssisələrinin zəngin praktiki təcrübəyə malik mütəxəssisləri SDU-da dərs tədrisinə cəlb olunur. Müəssisələr tərəfindən uğurlu tələbələrə xüsusi təqaüdlər verilir və son kurs tələbələri təcrübə proqramları əsasında hələ məzun olmadan işlə təmin edilirlər.

Tədris proqramları sənaye klasterinin real ehtiyacları əsasında yeniləndiyi üçün məzunlar əmək bazarının birbaşa tələb etdiyi bacarıqlara yiyələnirlər. SDU-nun tabeliyinə verilmiş Polimer Materialları İnstitutu və universitet laboratoriyaları sənaye müəssisələrinin real istehsalat problemlərinin həllinə yönəlmiş tətbiqi elmi tədqiqatlar həyata keçirir.

Birgə innovasiya və patent layihələrindən da danışmaq lazımdır.  Sənaye müəssisələrinin sifarişi ilə həyata keçirilən tədqiqatlar nəticəsində əldə olunan patentlər və innovativ həllər birbaşa istehsalat prosesinə inteqrasiya edilir.

Büdcədənkənar gəlirlər və resurs inteqrasiyasına gəldikdə, deyə bilərik ki,  sənaye sektoru ilə qurulan müqavilələr SDU-nun elmi-tədqiqat gəlirlərini artırır, eləcə də BP və SOCAR kimi transmilli və yerli tərəfdaşların dəstəyi ilə universitet laboratoriyalarının müasir texniki avadanlıqlarla təchiz olunmasını təmin edir.

Şəhərdə kimya, neft-kimya, metallurgiya, energetika, tikinti materialları və digər sənaye sahələrinin inkişafı mühəndis və texniki kadrların hazırlanması üçün geniş imkanlar yaradır.Biz universitet–sənaye əməkdaşlığını üç əsas istiqamətdə inkişaf etdirməyi vacib hesab edirik: İlk növbədə, təhsil proqramlarının sənayenin real tələblərinə uyğunlaşdırılmasıdır. Müəssisələrin mütəxəssis ehtiyaclarının öyrənilməsi və tədris proqramlarının hazırlanmasında işəgötürənlərin iştirakının artırılması bu baxımdan mühüm əhəmiyyət daşıyır.

İkincisi, tələbələrin praktiki hazırlığının gücləndirilməsidir. İstehsalat təcrübəsi, müəssisələrdə təlimlər, real istehsalat problemləri əsasında hazırlanmış buraxılış işləri və birgə laboratoriya fəaliyyəti tələbələrin peşəkar inkişafına ciddi töhfə verə bilər.Üçüncüsü isə elmi tədqiqatların sənayenin texnoloji problemlərinin həllinə yönəldilməsidir.

Məsələn, enerji səmərəliliyi, istehsalat proseslərinin optimallaşdırılması, sənaye tullantılarının idarə edilməsi və rəqəmsal istehsalat texnologiyaları kimi istiqamətlərdə universitet-sənaye əməkdaşlığının böyük potensialı var.

Mənim qənaətimə görə, müasir mühəndislik təhsilinin keyfiyyəti tələbənin nəzəri bilikləri real istehsalat mühitində tətbiq etmək bacarığı ilə birbaşa bağlıdır. Biz SDU-nun Sumqayıt sənayesinin elmi və kadr potensialının inkişafında daha fəal rol oynamasını hədəfləyirik.

- Hazırda dünya ali təhsilində əsas trendlərdən biri də universitetlərin həm də tədqiqat mərkəzi kimi formalaşdırılmasıdır. Bu gün SDU-da tədqiqat profilli inkişaf üçün hansı addımlar atılmaqdadır?

- Dünya ali təhsilində müşahidə olunan əsas dəyişikliklərdən biri universitetlərin bilik ötürən müəssisələrdən yeni bilik və texnologiyalar yaradan elmi-innovasiya mərkəzlərinə çevrilməsidir.Bu yanaşma universitetlərin iqtisadi və sosial inkişafda rolunu əhəmiyyətli dərəcədə artırır. SDU-nun gələcək inkişafında da tədqiqatyönümlü universitet modelinin formalaşdırılması mühüm strateji məqsədlərdən biridir.

Bu istiqamətdə ilk növbədə elmi fəaliyyətin təşkilinin təkmilləşdirilməsi, prioritet tədqiqat sahələrinin müəyyənləşdirilməsi, elmi laboratoriyaların inkişafı və tədqiqat nəticələrinin beynəlxalq elmi mühitə inteqrasiyası vacibdir.Xüsusilə gənc alimlərin və doktorantların elmi fəaliyyətinin stimullaşdırılması, beynəlxalq layihələrdə iştirak imkanlarının genişləndirilməsi və multidissiplinar tədqiqatların təşviqi əsas prioritetlərimiz sırasındadır.

Digər mühüm məsələ elmi tədqiqatların nəticələrinin praktik əhəmiyyətidir.Biz istəyirik ki, universitetdə aparılan tədqiqatlar sənayenin, iqtisadiyyatın və cəmiyyətin aktual problemlərinin həllinə töhfə versin.Bunun üçün elmi fəaliyyətin qiymətləndirilməsində yalnız nəşrlərin sayına əsaslanmaq kifayət etmir. Tədqiqatların keyfiyyəti, beynəlxalq təsiri, texnoloji tətbiq imkanları və iqtisadi faydası da nəzərə alınmalıdır.

- Gələcəkdə SDU-nun tədqiqatyönümlü universitet modelini reallaşdırmaq üçün hansı mərkəz, yeni struktur və fakültələr yaradıla bilər?

- Tədqiqatyönümlü universitet modelinə keçid yalnız yeni strukturların yaradılması ilə bağlı məsələ kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd mövcud elmi potensialın daha səmərəli təşkil edilməsi və prioritet istiqamətlər üzrə tədqiqat imkanlarının gücləndirilməsidir.

SDU-nun yerləşdiyi sənaye mühitini, akademik potensialını və ölkənin texnoloji inkişaf prioritetlərini nəzərə alaraq bir sıra perspektivli istiqamətlər müəyyənləşdirmək mümkündür. Bunlara kimya, enerji və yaşıl texnologiyalar, sənaye avtomatlaşdırılması, robototexnika, süni intellekt və rəqəmsal texnologiyalar, ekoloji təhlükəsizlik və dayanıqlı istehsal sahələri daxildir.

Gələcəkdə bu istiqamətlər üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin, birgə sənaye laboratoriyalarının və multidissiplinar elmi qrupların yaradılması məqsədəuyğun ola bilər. Məsələn, enerji səmərəliliyi və yaşıl texnologiyalar üzrə tədqiqat mərkəzi, süni intellekt və sənaye rəqəmsallaşması laboratoriyası, eləcə də robototexnika, kimya, materialşünaslıq və tətbiqi mühəndislik üzrə elmi platformalar universitetimizin profilinə uyğun istiqamətlərdir.

Eyni zamanda, elmi nəticələrin kommersiyalaşdırılması, patentləşdirilməsi və innovativ təşəbbüslərin dəstəklənməsi üçün texnologiya transferi mexanizmlərinin inkişafı vacibdir.

Yeni fakültələrin yaradılması məsələsinə isə akademik tələbat, əmək bazarının ehtiyacları və mövcud resursların səmərəli istifadəsi baxımından yanaşılmalıdır. Əsas məqsədimiz struktur baxımından böyüməkdən daha çox, elmi potensial və nəticələr baxımından güclənməkdir.

- SDU-nun beynəlxalq nüfuzunun artırılması üçün ən çox hansı sahəyə investisiya qoyulmalıdır: elmi tədqiqatlara, xarici tələbələrin cəlbinə, müəllimlərin akademik inkişafına, yoxsa tədris infrastrukturuna? Bu istiqamətlər arasında prioritetləri necə müəyyənləşdirirsiniz?

- Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlxalq nüfuzunun yüksəldilməsi təcrid olunmuş təkbir sahəyə investisiya qoymaqla yox, qarşılıqlı sinerji yaradan kompleks idarəetmə modeli vasitəsilə mümkündür. Universitetimizin 2026-2030-cu illər üzrə Strateji İnkişaf Planında (SİP) maliyyə resurslarının bölüşdürülməsi və strateji hədəflər üzrə prioritetlər aşağıdakı daxili məntiqlə müəyyən edilib.

Beynəlxalq nüfuzun birinci şərti rəqəmsal və müasir tədris infrastrukturunun qurulmasıdır. "Yaşıl kampus" konsepsiyasının tətbiqi (Hədəf 3.4) olmadan xarici tələbə və müəllimləri cəlb etmək mümkün deyil.

SDU-nun akademik nüfuzunu birbaşa yaradan amil onun insan resurslarıdır. İnzibati və elmi-pedaqoji heyətin davamlı peşəkar inkişafı (CPD), xarici dil biliklərinin artırılması və KPI əsaslı qiymətləndirmə mexanizminin tətbiqi elmi tədqiqatların keyfiyyətini birbaşa yüksəldən katalizatordur.

QS və THE kimi qlobal reytinq sistemlərində SDU-nun mövqeyini müəyyən edən ən əsas indikatorlardan biri Scopus və Web of Science bazalarında indekslənən nəşrlər və sitat sayı (citations per faculty) göstəricisidir. Müasir laboratoriyalarda aparılan tətbiqi elmi tədqiqatlara qoyulan investisiya universitetin dünya akademik mühitində görünürlüyünü birbaşa təmin edir.

Beynəlmiləlləşmə (xarici tələbə və xarici müəllim nisbəti) müstəqil başlanğıc nöqtəsi deyil, yuxarıda qeyd olunan 3 sahənin uğurlu inteqrasiyasının təbii nəticəsidir. Güclü infrastruktur, ISO standartlı idarəetmə və beynəlxalq akkreditasiyalı proqramlar öz-özlüyündə xarici tələbə və alimlər üçün cəlbedici mühit formalaşdırır.

Prioritetlərin Müəyyənləşdirilməsi Mexanizmi: Prioritetlər sənaye klasterinin dinamikası, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), ISO standartlarının tələbləri və SİP 2026-2030 çərçivəsində müəyyən edilmiş 6 ana məqsəd üzrə maliyyə və resurs balansı gözlənilməklə müəyyən edilir. İdarəetmədə əsas prinsip infrastruktur və kadr potensialını gücləndirmək, bu bazaya söykənərək elmi nəticələri və beynəlxalq cəlbediciliyi maksimallaşdırmaqdır.

Universitetin ən qiymətli kapitalı onun insanlarıdır. Güclü akademik heyət olmadan dayanıqlı elmi məktəb və yüksək keyfiyyətli təhsil mühiti formalaşdırmaq çətindir.

Ardı var...

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!