Modern.az

Türkiyə Rusiyadan yeni “S-400”lər almaq İSTƏYİR

Türkiyə Rusiyadan yeni “S-400”lər almaq İSTƏYİR

Dünya

26 Aprel 2022, 23:27

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci partiyasını almaq üçün danışıqlara davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir bildirib.

 

O qeyd edib ki, Türkiyə hələ də Rusiyadan S-400 sistemlərinin ikinci hissəsinin alınması imkanını nəzərdən keçirir. 

 

"Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci S-400 alayının alınması ilə bağlı danışıqlar davam edir. Biz iki S-400 sisteminin tədarükü üçün müqavilə imzaladıq", - deyə Dəmir bildirib.

 

Bundan əlavə, Dəmir Ukraynadakı vəziyyətin Ankara ilə Moskvanın hərbi sənaye kompleksində əməkdaşlığına təsir etməyəcəyinə ümid etdiyini vurğulayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!