Modern.az

Rusiyanın Kursk vilayəti atəşə tutulub - İDDİA

Rusiyanın Kursk vilayəti atəşə tutulub - İDDİA

Dünya

30 Aprel 2022, 19:18

Rusiya Ukrayna ilə sərhədə yaxın yerləşən Kursk vilayətinin atəşə tutulduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoit özünün "Telegram" kanalında məlumat verib.

O bildirib ki, şənbə günü Ukrayna istiqamətindən vilayətin keçid məntəqəsinə bir neçə mərmi atılıb.

Qubernator tələfat və dağıntıların olmadığını bildirib.

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı