Modern.az

Rusiyanın döyüş təyyarəsi İsveç səmasında

Rusiyanın döyüş təyyarəsi İsveç səmasında

Dünya

30 Aprel 2022, 22:41

Rusiyaya məxsus döyüş təyyarəsi İsveçin hava məkanını pozub.

Modern.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, təyyarə Blekinge bölgəsi üzərindən uçub. Rusiya təyyarəsinin İsveç sərhədlərini tərk edərək geri döndüyü vurğulanıb və prosesin fotoşəkilləri çəkilib.

Bundan əvvəl İsveç Hərbi Hava Qüvvələri martın 2-də Rusiyanın 4 döyüş təyyarəsinin İsveçin hava məkanını pozaraq Qotland adasının üzərində uçduğunu açıqlayıb.

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı