Modern.az

"Azovstal" zavodundan təxliyə başladı

Dünya

1 May 2022, 19:07

Ukraynanın hazırda mühasirədə olan Mariupol şəhərindəki “Azovstal” müəssisəsinə sığınan mülki əhalinin təxliyəsi başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

 

O qeyd edib ki, 100 nəfərdən ibarət ilk qrup artıq nəzarət edilən əraziyə yola düşüb.

 

"Onları sabah Zaporojyedə qarşılayacağıq. Komandamız BMT nümayəndələri ilə birgə zavodda qalan mülki şəxslərin təxliyəsi üçün işləyirlər", - deyə Zelenski bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı