Modern.az

Britaniya azərbaycanlı jurnalistə SANKSİYA qoydu

Britaniya azərbaycanlı jurnalistə SANKSİYA qoydu

Dünya

4 May 2022, 19:19

Böyük Britaniya hökuməti Rusiya əleyhinə sanksiyaları genişləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Sanksiyalar Rusiya kanallarına və Rusiyadan olan ayrı-ayrı jurnalistlərə şamil edilib.

 

Jurnalist Nailə Əsgərzadə, müharibə müxbirləri Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, teleaparıcı Mixail Leontyevun ölkəyə girişinə qadağa qoyulmasını və bank hesablarının dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər görülüb.

 

Bundan əlavə, “Kamaz”, “Otkritie”nin rəhbəri Mixail Zadornov və "Sovcombank"ın idarə heyətinin sədri Dmitri Qusevə qarşı məhdudiyyətlər tətbiq edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!