Modern.az

Putin Ukraynaya silah verməkdən başqa seçim qoymurŞolts

“Putin Ukraynaya silah verməkdən başqa seçim qoymur” - Şolts

Dünya

9 May 2022, 19:21

"Putin Almaniyaya Ukraynaya silah verməkdən başqa seçim qoymur".

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

 

O qeyd edib ki, Berlin Kiyevi dəstəkləməyə davam edəcək.


Ukraynada müharibə başlamazdan əvvəl rəsmi Berlin Almaniya istehsalı olan silahların Ukraynaya ötürülməsinə mane olub. Aprelin 28-də Almaniya parlamenti Kiyevə ağır silahların tədarükü ilə bağlı sənəd qəbul edib.

 

Xatırladaq ki, Almaniya mətbuatında Berlinin Ukraynaya özüyeriyən artilleriya qurğuları göndərəcəyi barədə məlumat yayılıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!