Modern.az

Aİ Rusiya ilə bağlı razılığa gələ bilmədi

Aİ Rusiya ilə bağlı razılığa gələ bilmədi

Dünya

17 May 2022, 00:32

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı vahid mövqedə razılığa gələ bilməyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel məlumat verib.

 

O qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcək.

 

"Müzakirələri davam etdiririk. Təəssüf ki, bu gün altıncı sanksiyalar paketini yekunlaşdırmaq üçün razılığa gəlmək mümkün olmadı", - deyə Borrel bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...