Modern.az

Özgür Özəl İlham Əliyevə zəng etdi

Özgür Özəl İlham Əliyevə zəng etdi

Ölkə

Bu gün, 14:59

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.

"Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.

Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏLƏR endirilir - Moskvaya hücum!