Modern.az

Ukraynada hərbçiləri robotlar əvəzləyir

Ukraynada hərbçiləri robotlar əvəzləyir

Dünya

Bu gün, 16:52

Ötən yay həyata keçirilən əməliyyat çərçivəsində Ukrayna ordusu yerüstü robot sistemlərindən geniş istifadə edib.

Modern.az xəbər verir ki, "Politico" nəşrinə açıqlama verən bölmə komandiri Nikolay Zinkeviç bildirib.

O, qeyd edib ki, 2026-cı ilin mart ayına qədər artıq 150-dən çox bölmə döyüş robotlarından istifadə edib və hazırda bu texnologiyaların tətbiqi sürətlə genişləndirilir.

Onun sözlərinə görə, əsas məqsəd 2026-cı il ərzində cəbhənin ən çətin istiqamətlərində şəxsi heyətin 30 faizədək hissəsini texnologiya ilə əvəz etməkdir. Bu yanaşma əsgərlərin birbaşa döyüş xəttindən uzaqlaşdırılmasına və risklərin minimuma endirilməsinə xidmət edir.

Xatırladaq ki, bir müddət əvvəl prezidenti Volodimir Zelenski  Ukrayna ordusunun müharibə tarixində ilk dəfə yalnız pilotsuz platformalar – yerüstü robot sistemləri və dronlardan istifadə edərək düşmən mövqeyini ələ keçirdiyini və bir neçə hərbçini əsir götürdüyünü bildirmişdi.

 

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!