Modern.az

Paşinyan: Üçbaşlı müharibə partiyasını darmadağın etdik

Paşinyan: Üçbaşlı müharibə partiyasını darmadağın etdik

Dünya

8 İyun 2026, 10:41

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin nəticələrini şərh edərək xalqın dövlətçilik, müstəqillik və sülhə dəstək verdiyini bildirib.

Modern.az xəbər verir ki, Paşinyan xalqın səsvermə ilə Ermənistanın gələcəyini, dövlətçiliyini və respublikanı müdafiə etdiyini deyib.

Baş nazir çıxışında “üçbaşlı müharibə partiyası” adlandırdığı siyasi qüvvələrin ağır məğlubiyyətə uğradığını vurğulayıb.

“Bu, vacib nəticədir, lakin yekun deyil. Xalq öz iradəsini açıq şəkildə ifadə edib. Bu siyasi qüvvə ilə əlaqəli kriminal-oliqarxik sistem Ermənistandan təmizlənməlidir”, – Paşinyan bildirib.

O qeyd edib ki, bu məsələ parlament çoxluğu və gələcək hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Paşinyan əlavə edib ki, rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə çoxluğa sahib olacaq və hökuməti formalaşdıracaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı