Modern.az

Mirzoyan Avropa İttifaqından yardım istədi

Mirzoyan Avropa İttifaqından yardım istədi

Dünya

18 İyun 2026, 14:28

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda keçirilən görüşlər zamanı Avropa İttifaqı ölkələrini Rusiyanın son məhdudiyyətləri fonunda Ermənistana dəstək tədbirlərini sürətləndirməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə Brüsseldəki mənbələr “Azatutyun” nəşrinə məlumat veriblər.

Məlumata görə, Mirzoyan Avropa İttifaqı nümayəndələri ilə görüşlərdə Ermənistana qarşı artan təzyiqlər fonunda daha operativ addımların vacibliyini vurğulayıb.

Görüşlərdə iştirak edən avropalı diplomatlardan biri bildirib ki, müzakirələr Rusiyanın Ermənistana qarşı həyata keçirdiyi hibrid və ticarət xarakterli təzyiqlərə qarşı koordinasiyalı tədbirlərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

“Bu, Rusiyanın hibrid və ticarət hücumlarına qarşı mübarizə aparmaq üçün müsbət və vacib görüş oldu”, – diplomat qeyd edib.

Qeyd edək ki, son aylarda Moskva ilə İrəvan arasında münasibətlərdə gərginlik müşahidə olunur. Ermənistan rəsmiləri ölkəyə qarşı iqtisadi və siyasi təzyiqlərin artdığını bildirir, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ard-arda ağır ZƏRBƏLƏR - Moskva vuruldu