Modern.az

Eboladan ölənlərin sayı 1800-ü keçib

Eboladan ölənlərin sayı 1800-ü keçib

Dünya

7 Avqust 2026, 02:33

Konqo Demokratik Respublikasında Ebola epidemiyası nəticəsində ölənlərin sayı 1800-ü keçib.

Modern.az xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.

Həmçinin bildirilir ki, sürətlə böyüyən Ebola epidemiyasının episentrində yerləşən onlarla Konqo səhiyyə işçisi tibb müəssisələrini tərk edərək maaşlarının ödənilməsi tələbi ilə etiraz aksiyaları keçiriblər.

Tibb işçiləri ölkədə Ebola virusuna yoluxma hallarının təxminən 90%-ni təşkil edən İturi əyalətinin paytaxtı Bunia şəhərində qubernatorluq binasının qarşısında toplaşıblar.

Ebola xəstələrinə reanimasiya göstərən tibb bacıları da daxil olmaqla, tibb işçiləri may ayının ortalarında epidemiya elan ediləndən bəri işlərinə görə maaş və bonus almadıqlarını bildiriblər.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı