Modern.az

Tramp: İrana qarşı hərbi əməliyyat tezliklə başa çata bilər

Tramp: İrana qarşı hərbi əməliyyat tezliklə başa çata bilər

Dünya

Bu gün, 04:22

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın yaxın vaxtlarda başa çata biləcəyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri bildirib ki, müharibə başa çatdıqdan sonra neft qiymətlərinin aşağı düşəcəyini gözləyir.

"Düşünürəm ki, bu müharibə kifayət qədər tez başa çatacaq. Onların uzun müddət tab gətirə biləcəyini düşünmürəm", - deyə Tramp İrana işarə edərək bildirib.

O, həmçinin Vaşinqtonla Tehran arasında aparılan danışıqlarda iştirak etdiyini vurğulayıb.

"Danışıqlarda iştirak edirəm. Hesab edirəm ki, proses yaxşı gedir. Razılaşma yaxın vaxtlarda əldə oluna bilər", – deyə ABŞ Prezidenti əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi