Modern.az

Fidan: "Hörmüz boğazının bağlanması Türkiyənin enerji təchizatına birbaşa təsir göstərməyib"

Fidan: "Hörmüz boğazının bağlanması Türkiyənin enerji təchizatına birbaşa təsir göstərməyib"

Dünya

8 Avqust 2026, 23:49

"Hörmüz boğazının bağlanması Türkiyənin enerji təchizatına birbaşa təsir göstərməyib".

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə müsahibəsində bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, Ankara illər əvvəl alternativ enerji marşrutları yaradıb və buna görə də Hörmüz boğazının bağlanması Türkiyəyə enerji daşıyıcılarının tədarükünə birbaşa təsir göstərməyib.

“Elə ölkələr var ki, maliyyə imkanları olsa da, enerji daşıyıcılarını ala bilmirlər. Biz bunun yalnız iqtisadi təsirini hiss edirik. Lakin Qırmızı dənizdən keçən marşrutların bağlanması bizə birbaşa zərər vurur”, — Fidan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı