Modern.az

Kolumbiyada zəlzələdə ölənlərin sayı 111-ə çatıb - YENİLƏNİB2

Kolumbiyada zəlzələdə ölənlərin sayı 111-ə çatıb - YENİLƏNİB2

Dünya

10 Avqust 2026, 23:18

Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 111 nəfər həlak olub.

Modern.az "BluRadio"ya istinadən xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb.

Son məlumatlara görə, ölkənin müxtəlif regionlarında yüzlərlə sakin xəsarət almış və itkin düşmüş hesab olunur.

Qeyd edək ki, hökumət dağıdıcı zəlzələ ilə əlaqədar ümummilli miqyasda fövqəladə vəziyyət rejimi elan edib. Müvafiq qərarı Kolumbiya Prezidenti Abelardo de la Esprielya qəbul edib.

***

Saat 20:54

Bu gün Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ 50-dən çox insanın həyatına son qoyub.

Modern.az "BluRadio"ya istinadən xəbər verir ki, ən çox zərər çəkmiş regionlar arasında Pereyra, Manisales və Kali yer alır.

Həmçinin bir neçə şəhərdə genişmiqyaslı dağıntılar və yaralananlar var.

Zəlzələnin fəsadları ilə mübarizə aparmaq üçün Kolumbiya Silahlı Qüvvələri beş xilasedici dəstəni hazır vəziyyətə gətirib.

Məlumata görə, zəlzələ həmçinin Valye-del-Kauka departamentindəki hərbi obyektlərə, xüsusən də Kali və Buenaventura şəhərlərindəki bölmələrə ziyan vurub.

***

19:32

Kolumbiyanın Pereyra şəhərində baş verən zəlzələ nəticəsində ən azı 18 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə şəhər meri Maurisio Salasar “Caracol” radiostansiyasının efirində bildirib.

***

17:06

Kolumbiyada 7,4 maqnitudalı zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb.

Zəlzələnin ocağı 99 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Ansermanuevodan 20 km qərb-şimal-qərbdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?