Modern.az

Afrikada ABŞ-nin hərbi təyyarəsi qəzaya uğradı

Afrikada ABŞ-nin hərbi təyyarəsi qəzaya uğradı

Dünya

Bu gün, 01:51

ABŞ-yə məxsus hərbi təyyarə avqustun 9-da Cibutidəki Şabelli aerodromu yaxınlığında qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və əmlaka ziyan dəyməyib. Qəzanın səbəbləri araşdırılır.

AFRICOM-un məlumatına görə, ilkin araşdırmanın nəticələri qəzanın səbəbinin kənar müdaxilə olduğunu göstərmir.

Şabelli aerodromu paytaxt Cibuti şəhərinin təxminən 10 kilometr cənub-qərbində yerləşir. Ölkə ərazisində ABŞ-nin Afrikada və Yaxın Şərqdə əməliyyatlar üçün istifadə etdiyi "Lemonnyer düşərgəsi" adlı hərbi bazası da yerləşir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar