Modern.az

Nazirin mini ətəkli qızlarla bağlı sözləri qalmaqal yaratdı - üzr üstədi

Nazirin mini ətəkli qızlarla bağlı sözləri qalmaqal yaratdı - üzr üstədi

Dünya

Bu gün, 11:20

İtaliya baş nazirinin müavini - xarici işlər naziri qadınların uzun ətək geyinməsini dəstəkləyib. Onun bu barədə səsləndirdiyi fikir ölkədə etiraz dalğasına səbəb olub.

Modern.az xəbər verir ki, xarici işlər naziri və “İrəli, İtaliya” partiyasının lideri Antonio Tayani bildirib ki, oğluna uzun ətək geyinəcək qızla evlənməyi məsləhət görərdi. O, belə qızların daha yaxşı ana və etibarlı xanım ola biləcəyini söyləyib.

Tayani bu açıqlamasına görə sərt tənqid və istehza ilə üzləşib. Onun sözlərinə Katolik Kilsəsi də kəskin reaksiya verib.

Parlamentin deputatı Kyara Appendino mini ətəkdə skamyada oturduğu fotosunu paylaşaraq sarkazmla soruşub ki, bu halda o, yaxşı ana və ya etibarlı həyat yoldaşı hesab olunmur?

“Tayani, mən etibarsız qadınam?” – deyə deputat fotonun altında yazıb.

“Qadının etibarlılığı parçanın santimetrləri ilə ölçülmür”, – Appendino bildirib.

İtaliyanın keçmiş baş naziri və sol düşərgənin aparıcı nümayəndələrindən biri Matteo Renzi də Tayaninin fikirlərini tənqid edib.

“Bir qədər qısa ətək geyinən qızın ciddi insan olmadığını söyləmək olmaz. Bu nədir belə – XVIII əsrdir?” – deyə o bildirib.

Bu tənqidlərdən sonra xarici işlər Tayani sözlərinə görə üzr istəməyə məcbur olub.

“Əgər sözlərim kimisə təhqir edibsə, üzr istəyirəm. Lakin mən heç vaxt qadınları incitmək niyyətində olmamışam”, – deyə xarici işlər naziri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı