Modern.az

Xəzərdə boğulan bütün 14 hərbçinin cəsədi tapıldı - Qazaxıstanda matəmdir

Xəzərdə boğulan bütün 14 hərbçinin cəsədi tapıldı - Qazaxıstanda matəmdir

Dünya

Bu gün, 13:20

Sentyabrın 25-də səhər saatlarında Xəzər dənizində aparılan axtarış-xilasetmə işləri zamanı hərbi-dəniz təlimləri zamanı itkin düşən daha 2 hərbçinin meyiti tapılıb.

Modern.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Bununla da hadisə nəticəsində ölən hərbçilərin sayı 14-ə çatıb. Daha əvvəl 3 hərbçinin xilas edildiyi bildirilmişdi. Onlardan biri xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu açıqlanıb.

Faciə sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizinin sahilində döyüş hazırlığı təlimləri zamanı baş verib. Hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçi dalğalar tərəfindən sahildən uzaqlaşdırılıb.

İlkin olaraq dənizdə 19 hərbçinin itkin düşdüyü bildirilsə də, sonradan bu rəqəmə dəqiqlik gətirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan hərbçilərin ailə və yaxınlarına başsağlığı verib. O, hadisənin bütün hallarının araşdırılması və hərbçilərin ailələrinə lazımi yardım göstərilməsi üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Xidməti vəzifələrinin icrası zamanı səhlənkarlıqda şübhəli bilinən vəzifəli şəxslərin kimliyi müəyyənləşdirilib.

Sentyabrın 25-i Qazaxıstanda milli matəm günü elan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı