Modern.az

Türkiyədə 3400 illik sülh müqaviləsi tapıldı

Türkiyədə 3400 illik sülh müqaviləsi tapıldı

Dünya

Bu gün, 17:50

Türkiyədə, qədim Het dövlətinin paytaxtı Hattuşada aparılan qazıntılar zamanı mixi yazılı gil lövhənin bir parçasının tapıldığı bildirilir. İlkin məlumata görə, parça Misir və Het dövlətləri arasında bağlanmış Kadeş sülh müqaviləsi ilə əlaqəlidir.

Modern.az xəbər verir ki, yayılan məlumatda lövhə parçasında bir ölkədən digərinə qaçan şəxslərlə bağlı müddəaların yer aldığı qeyd olunur. Arxeoloqlar lövhənin başqa hissələrinin də aşkarlanacağına ümid edirlər.

Kadeş müqaviləsi Misir fironu II Ramzeslə Het hökmdarı III Hattuşili arasında bağlanıb. Sənəddə sülh, qarşılıqlı yardım və qaçan şəxslərin geri qaytarılması məsələləri əks olunub. Hattuşada tapılmış müqavilə mətninə aid lövhələr UNESCO-nun sənədli irs məlumatlarında da qeyd edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı