Modern.az

Bizim İsrail xalqına qarşı düşmənçiliyimiz yoxdur - Ərdoğan

Bizim İsrail xalqına qarşı düşmənçiliyimiz yoxdur - Ərdoğan

Dünya

25 Sentyabr 2026, 16:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsrail xalqına qarşı düşmənçilik mövqeyi tutmadığını bildirib.

Modern.az xəbər verir ki, Ərdoğan İsraildə Türkiyəni yeni təhlükə mənbəyi kimi təqdim edən fikirlərin yayıldığını deyib. Onun sözlərinə görə, bu ritorika İsrailin daxili siyasi prosesləri və seçki mühiti ilə bağlıdır.

“Türkiyənin nə İsrail xalqına, nə də başqa bir xalqa qarşı düşmənçiliyi var. Biz beynəlxalq hüquqa zidd hesab etdiyimiz siyasətə və regionumuzda qeyri-sabitliyi artıran addımlara qarşı çıxırıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!