Modern.az

ABŞ-Ukrayna-Rusiya görüşü keçiriləcək - Məkan açıqlandı

ABŞ-Ukrayna-Rusiya görüşü keçiriləcək - Məkan açıqlandı

Dünya

25 Sentyabr 2026, 17:28

Vaşinqton Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə texniki səviyyədə üçtərəfli görüşün keçirilməsini təklif edib. Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfi belə bir görüş üçün mümkün məkan kimi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) təklif edib.

“Amerika tərəfi hazırlıq görməyi və texniki səviyyədə üçtərəfli formatda görüşməyi təklif edib. Tarixlə bağlı ABŞ-dan təklif gözləyirik. Görüşün keçiriləcəyi məkana gəlincə, ABŞ Əmirlikləri təklif edib”, - deyə Ukrayna Prezidenti qeyd edib.

V.Zelenski bildirib ki, qarşıdakı üçtərəfli görüş məsələsini ABŞ Prezidenti Donald Trampla müzakirə etmək imkanı olub.

Onun sözlərinə görə, bundan sonra Ukrayna Prezidenti planlar barədə Avropadakı müttəfiqlərinə, ABŞ Prezidenti isə Rusiya tərəfinə məlumat verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!