Slovakiyanın Baş naziri Robert Fitsoya və ailəsinə hədə-qorxu xarakterli mesajlar göndərilib. Eyni gün ölkənin Baş prokuroru Maroş Jilinkaya və onun həyat yoldaşına da bomba partladılacağı ilə bağlı təhdid daxil olub.
Modern.az xəbər verir ki, Slovakiya hökumətinin mətbuat xidməti Fitsoya ünvanlanan təhdid barədə məlumat yayıb. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır.
“Hökumət ofisi hazırda vəziyyətlə bağlı əlavə şərh verməyəcək”, - deyə açıqlamada bildirilib.
Hadisədən sonra Fitsоnun sentyabrın 25-də Baş prokuror Maroş Jilinka ilə bağlı keçirməli olduğu mətbuat konfransı ləğv edilib.
Qeyd edək ki, bundan əvvəl Jilinka Baş nazir Robert Fitsоnun Baş Prokurorluğun fəaliyyəti ilə bağlı açıqlamalarının “faciə ilə nəticələnə biləcəyini” bildirmişdi.