Modern.az

Amsterdamda kafedə atışma: ölən var

Amsterdamda kafedə atışma: ölən var

Dünya

26 Sentyabr 2026, 01:10

Amsterdamın (Niderland) şimalında ictimai iaşə obyektinin terrasında baş verən atışma nəticəsində bir nəfər ölüb.

Modern.az  "NU.nl" portalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Portalın məlumatına görə, atəş obyektin müştərilərlə dolu olduğu vaxt açılıb.

Polis əməkdaşları şübhəli şəxsi saxlayıblar. Onun kimliyi və cinayətin motivləri hələlik açıqlanmır.

Niderlandın Cəzaların İcrası Xidməti həlak olan şəxsin Zaanstad həbsxana kompleksinin əməkdaşı olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!