Modern.az

Rusiya Ermənistana qoyulan qadağanı qüvvədə saxladı

Rusiya Ermənistana qoyulan qadağanı qüvvədə saxladı

Dünya

Bu gün, 03:13

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına tətbiq edilən məhdudiyyətləri aradan qaldırmayıb.

Modern.az xəbər veirr ki, bu barədə TASS-a “Rosselxoznadzor”dan məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfi balıq və süd məhsullarının istehsalı zamanı aşkarlanmış pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədləri Rusiya tərəfinə təqdim etməyib.

“Rosselxoznadzor”un məlumatına görə, Ermənistanın müvafiq inspeksiya qurumu yalnız zəmanət və müraciətlər göndərib. Rusiya tərəfi bunun məhdudiyyətlərin aradan qaldırılması üçün kifayət etmədiyini bildirib və bu barədə Ermənistan tərəfini məlumatlandırıb.

Qeyd edək ki, Rusiya daha əvvəl aşkarlanan pozuntuları əsas gətirərək Ermənistandan mineral su və spirtli içkilərdən tutmuş tərəvəz, meyvə, balıq və süd məhsullarınadək bir sıra məhsulların idxalına məhdudiyyətlər tətbiq edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı