Modern.az

Türkiyədə üzərinə tır aşan azərbaycanlı qadın öldü

Türkiyədə üzərinə tır aşan azərbaycanlı qadın öldü

Hadisə

28 Sentyabr 2026, 16:12

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda TIR-ın mikroavtobus dayanacağının üzərinə aşması nəticəsində iki qadın həlak olub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Manavqat–Alanya yolunda baş verib. TIR işıqforda dayanan avtomobilə çırpıldıqdan sonra yol kənarındakı dayanacağın üzərinə aşıb.

Hadisə zamanı dayanacaqda olan 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyova və 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova TIR-ın qoşqusunun altında qalıblar. Xilasetmə işlərindən sonra hər iki qadının həyatını itirdiyi müəyyənləşib.

Qəza zamanı yüngül xəsarət alan sürücü Hüseyn Ç. saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır